Naxçıvan Qarnizon tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Universitetində olublar

“Fənlərin tədrisi və metodikası” kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva qeyd edib ki, məktəblilərin müxtəlif peşələrə olan meyl və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara kömək göstərilməsi, şagirdləri yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəldilməsi baxımından bu kimi görüşlər xüsusi önəm kəsb edir.

Tədbirdə çıxış edən Riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim Nizami Quliyev qonaqları salamlayaraq davamlı olaraq orta məktəb şagirdlərinin Texnologiya mərkəzinə gələrək məktəbdə “Texnologiya” fənnində öyrəndikləri nəzəri bilikləri burada təcrübi olaraq artırdıqlarını qeyd edib.

Sonra şagirdlər mərkəzdə yerləşən kabinələrlə tanış olub. Onlar qədim xalq sənəti olan xalçaçılığın sirlərini mənimsəyib, ilmə atma bacarığının incəliklərini öyrəniblər. Eyni zamanda şagirdlər qurama, istifadə müddəti bitmiş geyimlərdən xalçaların toxunmasının əyani şahidi olublar. Mərkəzdə müxtəlif qəliblərdə sabun və şamların hazırlanması haqqında da şagirdlərə məlumat verilib. Qonaqlar həmçinin, bədii tikmə, toxuma, məişətdə gündəlik istifadə edilən əşyaların hazırlanması qaydaları ilə tanış olub. Kulinariya kabinəsində şagirdlərə Novruz bayramının əvəzolunmaz ənənələrindən olan səməni hazırlanması və yumurta boyanması haqqında məlumat verilib.

Daha sonra tələbələrin hazırladığı bayram yumurtaları qonaqlara təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Qarnizon tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə 11 məktəbli iştirak edib.