Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Universitetində olublar

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Universitetində olublar

Ali təhsil ocağında keçirilən tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev fakültənin texnologiya müəllimliyi ixtisasının elmi bazasının inkişafından danışıb. Bildirilib ki, universitetimizin yaratdığı geniş imkanlar nəticəsində tələbələrimiz elmi biliklərini artırmaqla yanaşı, həm də praktiki cəhətdən inkişaf edirlər.

          Texnologiya mərkəzinin bazası haqqında danışan filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva keçirilən bu təlimlərin şagirdlərin öz bacarıqlarını üzə çıxarmaqla yanaşı gələcəkdə ixtisas seçimlərində də onları düzgün istiqamətləndirəcəyini diqqətə çatdırıb.  Qeyd edilib ki, texnologiya mərkəzində hazırlanan əl işləri tələbə və müəllimlərin birgə əməyi sayəsində ərsəyə gəlir və həmin sərgi nümunələri müxtəlif sərgi-satışlarda nümayiş olunur.         

Sonra şagirdlər mərkəzdə yerləşən kabinələrlə tanış olublar. Onlar qədim xalq sənəti olan xalçaçılığın sirlərini mənimsəyib, ilmə atma bacarığının incəliklərini öyrəniblər. Eyni zamanda şagirdlər metalişləmə sənətinin əyani şahidi olublar. Mərkəzdə müxtəlif qəliblərdə sabun və şamların hazırlanması haqqında da şagirdlərə məlumat verilib. Qonaqlar həmçinin, bədii tikmə, toxuma, məişətdə gündəlik istifadə edilən əşyaların hazırlanması qaydaları ilə tanış olublar.

Kulinariya kabinəsində şagirdlər şirniyyatların hazırlanmasında öz bacarıqlarını nümayış etdiriblər.

           Daha sonra şagirdlərin hazırladığı şirniyyatlar qonaqlara təqdim edilib.

           Məlumat üçün onu da bildirək ki, Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin qatıldığı tədbirdə 25 məktəbli iştirak edib.

Leave a Reply

Your email address will not be published.