Naxçvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Honq Konqda dərc olunub

Naxçvan Dövlət Universiteti “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əsədullasoy (Quliyeva) un elmi məqaləsi Honq Konqda “Ədəbiyyatda axtarışlar” “Advances in literary study” adlı jurnalda dərc olunub. Məqalədə XIX əsrin sonu və XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistik üslubu araşdırılıb. Müəllif ədəbi dilin inkişafında müstəsna rolu olan ədiblərin mətbuatdakı fəaliyyətlərini ardıcıl olaraq izləyib, eyni zamanda Azərbaycan ədəbi dilinin publisistik üslubuna xas dil xüsusiyyətlərini tədqiq edib.

Məqalədə həmçinin, XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistik irsi tədqiq olunmaqla yanaşı, bu sahədə çalışan M.T.Sidqi, Q.Şərifzadə, Ə.Qəmküsar, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Şahtaxtlı,  H.Cavid, E.Sultanov, Ə.Səbri kimi ədəbi mühit nümayəndələrinin məqalələrinin dil-üslub xüsusiyyətləri də araşdırılıb.

Məqalədə eyni zamanda XIX əsrin sonu və XX əsrin əvvəllərində milli mətbuatın ədəbi dilimizin inkişafındakı rolu göstərilməklə bərabər, xalqın milli oyanışına, maariflənməsinə təsir edən mühüm amillərdən bəhs edilib.