NDU əməkdaşları professor Tofiq Bakıxanovun yaradıcılığının 70 illik yubileyinə həsr edilən konsertdə iştirak ediblər

NDU əməkdaşları professor Tofiq Bakıxanovun yaradıcılığının 70 illik yubileyinə həsr edilən konsertdə iştirak ediblər

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Şərəf” və “Şöhrət” ordenli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun yaradıcılığının 70 illik yubileyinə həsr olunan konsert keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxış edərək bəstəkarın yaradıcılığı haqqında tamaşaçılara məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin və NDU Musiqi kollecinin müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin dirijorluğu və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin müşayiəti ilə Tofiq Bakıxanovun əsərləri səsləndirilib, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva, Almaz Orucova və digər gənc müğənnilər bəstəkarın mahnılarını ifa ediblər. NDU Musiqi Kollecinin müəllimi, tarzən Nadir Məmmədov da həmin tədbirdə bəstəkarın tar ilə simfonik orkestr üçün konsertini uğurla ifa edib.

Leave a Reply

Your email address will not be published.