NDU-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədlə görüş keçirilib

NDU-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədlə görüş keçirilib

NDU Elmi Kitabxanasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədlə görüş keçirilib.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov professor Tahirə Məmməd yaradıcılığı haqqında məlumat verərək onun araşdırdığı problemlərin aktuallığı ilə diqqəti cəlb etdiyini vurğulayıb. Qeyd olunub ki, Tahirə xanımın tədqiqatlarının əsas istiqaməti ənənəvi poetik strukturların yeni dövr və müasir ədəbiyyatda təzahür xüsusiyyətləri üzrədir.

Görüşdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə İsaqızı, universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli çıxışlarında professor Tahirə Məmməd yaradıcılığı haqqında fikirlərini bildirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd universitet elmi, mədəni mühitini yüksək qiymətləndirərək, görüşün təşkilatçılarına öz dərin minnətdarlığını ifadə edib.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Leave a Reply

Your email address will not be published.