
NDU-da “Come to Nakhchivan” fotoalbomunun təqdimatı olub
NDU Elmi Kitabxanasında Naxçıvan Televiziya və Radio Şurasının üzvü, tanınmış jurnalist Sara Əzimovanın rəhbərliyi ilə gənc jurnalistlərin, həvəskar fotoqrafların ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə töhfəsi olan “Come to Nakhchivan” fotoalbomunun təqdimatı olub.
Təqdimatı giriş sözü ilə açan Elmi Kitabxananın direktoru Xumar Məmmədova fotoalbomda əsasən yurdumuzun gözəl təbiət mənzərələrinə geniş yer verildiyini vurğulayıb.
Sonra “Şərq qapısı”qəzetinin baş redaktor müavini Məmməd Babayev və Elmi Kitabxananın baş kitabxanaçısı Çinarə İsmayılova çıxış edərək “Come to Nakhchivan” fotoalbomunun Azərbaycan və ingilis dillərində nəşr olunmasından, eyni zamanda kitabda Naxçıvanın zəhmətkeş insanlarının, mətbəxindən nümunələrinin, etnoqrafiyamızın müxtəlif sahələrinin əks etdirilməsindən bəhs ediblər.
Daha sonra çıxış edən layihə rəhbəri, jurnalist Sara Əzimova fotoalbomun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin dəstəyi ilə nəşr olunduğundan bəhs edib. Vurğulanmışdır ki, bu fotoalbom Naxçıvanın dünyaya tanıdılması məqsədi daşıyır. Sara Əzimova “Come to Nakhchivan” fotoalbomunun universitetdə təqdimatının keçirilməsinin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Sonda müəllif NDU Elmi Kitabxanasına fotoalbom təqdim edib, xatirə fotosu çəkdirilib.