NDU Elmi Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” romanının müzakirəsi keçirilib

NDU Elmi Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” romanının müzakirəsi keçirilib

NDU Elmi Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” romanının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova müasir dövrdə mütaliənin əhəmiyyətinin vacibliyindən bəhs edərək, oxucuların İsmayıl Şıxlı yaradıcılığına olan böyük marağından bəhs edib.

Daha sonra çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu İsmayıl Şıxlının həyat və yaradıcılığından bəhs edərək, müzakirəyə cəlb olunan “Ölən dünyam” əsərinin bədii məziyyətləri haqqında iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, tədbirə telefon vasitəsilə qoşulan İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı və şair, publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal da İsmayıl Şıxlı haqqında xatirələrindən, müzakirəyə cəlb olunmuş “Ölən dünyam” əsəri haqqında danışaraq, görkəmli ədiblərin həyat və yaradıcılığına olan diqqəti yüksək qiymətləndirib və bu kimi tədbirlərin keçirilməsinin davamlı olacağına arzularını ifadə ediblər.

Tədbir daha sonra mövzu ətrafında müzakirələrlə davam edib.

Leave a Reply

Your email address will not be published.