NDU Elmi Kitabxanasında “Fəal tələbənin formulu” mövzusunda dəyirmi masa keçirilib

NDU Elmi Kitabxanasında “Fəal tələbənin formulu” mövzusunda dəyirmi masa keçirilib.

NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova universitetdə təhsil alan gənclərin uğurlarından, əldə etdikləri nailiyyətlərdən bəhs edərək bu işdə tələbə təşkilatlarının işini yüksək qiymətləndirib. Qeyd edək ki, tələbə təşkilatlarının səyi nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edirlər.

Daha sonra çıxış edən NDU Tələbə Gənclər Təşkilatının sədri, Prezident mükafatçısı Əziz Qasımov fəal tələbə olmağı şərtləndirən amillərdən bəhs edib. O, universitetin sosial-ictimai həyatında fəal olmaq, sağlam həyat tərzi, məqsəd aydınlığı, özünəinam, əməkdaşlıq, bilik və bacarıqların artırılması, elmi-texnoloji yeniliklərdən xəbərdar olmaq və digər formullar haqqında iştirakçıları məlumatlandırıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Tələbələr Azərbaycanda keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə fəal iştiraklarından və əldə etdikləri uğurlardan bəhs ediblər. Onlar universitet rəhbərliyinə tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədini uğurla həyata keçirməsində göstərdiyi köməyə görə minnətdarlıqlarını bildiriblər.

Leave a Reply

Your email address will not be published.