
NDU Elmi Kitabxanasında kitab müzakirəsi keçirilib
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanası və NDU Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə yazıçı Güllü Məmmədovanın “Fatehlərin zəfəri” adlı tarixi sənədli romanının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının direktoru Tamella Əsgərova 44 günlük Vətən müharibəsinin şanlı tarixindən bəhs edən əsərlərin müzakirəsinin silsilə xarakter aldığını qeyd edib. O, müəllif Güllü Məmmədovanın tarixi mövzulu əsərlərinin məziyyətini yüksək dəyərləndirərək onlarda olan sənədliliyi xüsusilə vurğulayıb.
Daha sonra M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərovanın “Yazıçı Güllü Məmmədovanın həyat və yaradıcılığı”, M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucovun “Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı”, NDU Elmi Kitabxanasının baş kitabxanaçısı Fəridə Hüseynovanın “Romanda erməni xislətinin ifşası” mövzularında çıxışları dinlənilib.