NDU Elmi Kitabxanasında kitab təqdimatı keçirilib

NDU Elmi Kitabxanasında kitab təqdimatı keçirilib

NDU Elmi Kitabxanasında universitetin “Xalq çalğı alətləri” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Ululu Kərim” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan NDU-nun elmi katibi Orxan Cəfərov müəllifin yaradıcılığı haqqında iştirakçılara məlumat verib, təqdimatı keçirilən kitabın bədii dəyərindən bəhs edib.

“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemət, AMEA-nın Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyatı İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və digər çıxışçılar “Ululu Kərim” kitabını əsl tədqiqat əsəri kimi yüksək qiymətləndiriblər.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Zemfira Qafarova və Azərbaycan folklorşünası, publisist Əli Şamil də tədbirə onlayn qoşularaq müəllifə öz ürək sözlərini bildirmiş, uğurlar arzulayıblar.

Tərbirdə eyni zamanda Ululu Kərimin sözlərinin müəllifi olduğu aşıq havaları da səsləndirilib.

Sonda çıxış edən “Ululu Kərim” kitabının müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.

Leave a Reply

Your email address will not be published.