NDU Elmi Kitabxanasında kitab təqdimatı keçirilib

NDU Elmi Kitabxanasında kitab təqdimatı keçirilib

NDU Elmi Kitabxanasında universitetin “Muzeyşünaslıq, arxiv işi, kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın “Professor Elbəyi Maqsudov xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elsevər Əsədov “Professor Elbəyi Maqsudov xatirələrdə” kitabının dilçi alim, şair, pedaqoq Elbəyi Maqsudovun həyatının, elm aləmindəki uğurlu axtarışlarının öyrənilməsi baxımından dəyərli mənbə olduğundan bəhs edib. Qeyd olunubdur ki, kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla, 200 nüsxə tirajla çap edilib.

“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, “Fənlərin tədrisi metodikası” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu professorun həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verərək, alim haqqında yazılan kitabın nəşrini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Elazığ Fırat Universitetinin professoru Əhməd Feyzi Bingöl və “Tartoniks” animasiya layihəsinin rəhbəri, sosioloq Elçin Orucov da tədbirə onlayn  qoşularaq alim haqqında xatirələrini iştirakçılarla bölüşüblər.

Sonda çıxış edən kitabın tərtibçisi və redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova dəyərli alim haqqında xatirələrindən bəhs edib. Natiq universitet rəhbərliyinə, tədbir təşkilatçılarına göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Leave a Reply

Your email address will not be published.