
NDU Elmi Kitabxanasında növbəti dəyirmi masa keçirilib
Universitetin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev giriş sözü ilə çıxış edərək cənab prezident İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu, liderlik keyfiyyətləri sayəsində müstəqil Azərbaycanı bütün dünyaya tanıtmasından bəhs edib. Ali baş komandanın fəaliyyətinin sözlə-əməlin vəhdəti prinsipinə əsaslandığını vurğulayıb. Sosial, iqtisadi, siyasi, istərsə də ordu quruculuğu sahəsində verilən sözlərin, qarşıya qoyulmuş məqsədlərin sistemli icrası bunun əsaslı sübutudur. Dəyirmi masa daha sonra iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə davam edib, suallar cavablandırılıb. Müzakirələrdə gəncliyin ideya-siyasi baxımdan zənginləşməsinin diqqətdə saxlanıldığı, onlara mənəvi dəstək göstərildiyi vurğulanıb.