NDU Elmi Kitabxanasında növbəti dəyirmi masa keçirilib

NDU Elmi Kitabxanasında növbəti dəyirmi masa keçirilib

NDU Elmi Kitabxanasında keçirilən növbəti dəyirmi masa Azərbaycan şairi, ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunub. Tədbiri giriş sözü ilə açan baş kitabxanaçı Çinarə İsmayılova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edib. Çıxışdan da aydın olduğu kimi B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzular daha qabarıq şəkildə ifadə olunub.

Daha sonra çıxış edən kitabxana əməkdaşları və tələbələr B.Vahabzadə yaradıcılığının diqqətçəkən məqamlarına toxunub, müəllifin şeirlərini qiraət ediblər.

Leave a Reply

Your email address will not be published.