NDU Elmi Kitabxanasının əməkdaşı NMİ kitabxanasında təşkil olunmuş dəyirmi masada iştirak edib

NDU Elmi Kitabxanasının əməkdaşı NMİ kitabxanasında təşkil olunmuş dəyirmi masada iştirak edib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının baş biblioqrafı Maral Babayeva Naxçıvan Müəllimlər İnstitutu kitabxanasında təşkil olunan “Azərbaycan kitabxana tarixində Heydər Əliyev mərhələsi” adlı dəyirmi masada iştirak edib. Tədbirdə “Heydər Əliyev və NDU Elmi Kitabxanasına bir baxış” mövzusu ilə çıxış edən baş biblioqraf ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına xüsusi diqqət yetirildiyindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev, eyni zamanda Azərbaycanda ali təhsilli kitabxanaçıların hazırlanmasına xüsusi önəm verirdi. Maral Babayeva çıxışında NDU Elmi Kitabxanasının da Ulu öndərin kitabxanalara qayğısından, respublikanın bütövlükdə kitabxana sisteminin və şəbəkələrinin qorunub saxlanması sahəsində həyata keçirdiyi tədbirlərdən bəhrələndiyini xüsusilə diqqətəlayiq amil kimi dəyərləndirib.

Naxçıvan Müəllimlər İnstitutu kitabxanasında təşkil olunan “Azərbaycan kitabxana tarixində Heydər Əliyev mərhələsi” adlı dəyirmi masada keçirilən müzakirələrdə eyni zamanda, Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasının da tələbələri fəal iştirak ediblər.

Leave a Reply

Your email address will not be published.