NDU Elmi Kitabxanasının könüllüləri üçün təlim keçirilib

NDU Elmi Kitabxanasının könüllüləri üçün təlim keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında kitabxana könüllüləri üçün təlim təlimdə çıxış edən Elmi kitabxananın baş kitabxanaçı Çinarə İsmayılova könüllü fəaliyyətin mahiyyəti, hüquqi tərəfləri, kitabxanada könüllülərlə işin təşkili prinsipləri haqqında iştirakçılara məlumat veribmişdir. Qeyd olunub ki, könüllülərin kitabxanaların fəaliyyətinə cəlb edilməsi kitabxana işinə yeni bir baxış, yaradıcı fikirlər gətirə bilər.

Elmi Kitabxananın yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında bəhs edən baş biblioqraf Maral Babayeva  iştirakçıları kitabxana işinin təşkili, mövcud şöbələr, fondlar haqqında məlumatlandırıb.

Təlimdə iştirakçılara könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlərin tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənməsi izah olunub və sonda 40-a yaxın kitabxana könüllüsü ilə müqavilə imzalanıb.

Sonda könüllülər kitabxana şöbələri, fondları, əməkdaşların iş prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, kitabxana könüllüləri sırasında yalnız Naxçıvan Dövlət Universitetinin deyil, eyni zamanda, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin də müxtəlif ixtisaslardan olan tələbələri yer almaqdadır. Məlumat üçün onu da bildirək ki, kitabxana könüllüləri sədri vəzifəsinə NDU-nun Psixologiya ixtisası üzrə I kurs tələbəsi Həcər Ələsgərova, sədr müavini vəzifəsinə isə Coğrafiya ixtisası üzrə III kurs tələbəsi Ömər Babayev təyin olunub.