NDU Naxçıvan Dövlət Texniki Kollecində 2023-cü il ərzində 71 açıq dərs keçirilib, 225 qarşılıqlı dərs dinləmə aparılıb

NDU Naxçıvan Dövlət Texniki Kollecində 2023-cü il ərzində 71 açıq dərs keçirilib, 225 qarşılıqlı dərs dinləmə aparılıb

NDU Naxçıvan Dövlət Texniki Kollecində 2023-cü ildə görülən işlərə dair hesabat tədbiri keçirilib. Tədbirdə kollecin direktoru Asəf Ruşanov carı ilin yekun hesabatı haqqında çıxış edərək qeyd edib ki, kollecdə ötən tədris ilində, ümumilikdə, 15 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilib. 2023-cü ildə əmək bazarındakı tələbatı nəzərə alaraq kollecdə “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə tələbə qəbulu aparılıb. Bu ixtisaslar üzrə kollecdə ümumilikdə 609 tələbə təhsil alıb. İl ərzində 71 açıq dərs keçirilib, 225 qarşılıqlı dərs dinləmə aparılıb. Təhsildə kefiyyətin yüksəldilməsi məqsədilə 2023 cü ildə kollecdə 6 fənn birləşmə komissiyası fəaliyyət göstərib.

Asəf Ruşanov vurğulayıb ki, kollecdə nizam-intizam və təlim-tərbiyə məsələləri diqqətdə saxlanılıb, tələbələrin peşəkar mütəxəssis kimi formalaşmaları üçün bu təşkilatlarda təcrübə keçmələri təmin edilib.

Qeyd olunub ki, 2023-cü ildə kollecdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Direktor ötən il kollecdə müxtəlif mövzularda ümumilikdə 100 tədbirin həyata keçirildiyini deyib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, kollecdə tədrisin yüksək səviyyədə təşkili, əmək bazarına uyğun mütəxəssis hazırlığının aparılması, kollecdaxili nizam-intizam qaydalarının günün tələbləri səviyyəsində qurulması, pedoqoji heyətin tam ixtisaslaşdırılmış formada tədrisə cəlb edilməsi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı və bacarıqlı gənc mütəxəssislərin yetişməsi, dərslərin tələbələr tərəfindən tam olaraq mənimsənilməsi davam etdirilməlidir.

Rekor kollecdə:

  • LMS sisteminin qurulması, elektronlaşmanın tamamlanması;
  • “Yaşıl Dünya” layihəsi çərçivəsində NDU-nun Energetika ixtisası ilə açıq dərslərin keçirilməsinin təmin oluması;
  • Bəzi ixtisaslarda distant təhsilə keçmək üçün hazırlıqların aparılması;
  • NDU-ya dəvət olunan əcnəbi müəllimlərin kollecdə də fəaliyyətinin təmin edilməsi;
  • Digər Azərbaycan kollecləri ilə təcrübə mübadiləsinin aparılması;
  • Kollecdə Startapların yaradılması;
  • Muxtar respublikanın 100 illiyi ilə bağlı tədbirlər planının hazırlanması və.s kimi təklif və tapşırıqları çatdırıb.

Leave a Reply

Your email address will not be published.