NDU-nun əməkdaşları IQAinAR layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən təlimlərə qatılıblar

NDU-nun əməkdaşları IQAinAR layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən təlimlərə qatılıblar

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Təlimə Naxçıvan Dövlət Universitetinin Strateji İnkişaf üzrə rektor müşaviri Rəcəb Cəfərli, Beynəlxalq Əlaqələr şöbəsinin koordinatoru İlahə Hüseynova, İngilis dili kafedrasının baş müəllimi Leyla Zeynalova,  Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsinin Strateji İnkişaf və Keyfiyyət Təminatı üzrə mütəxəssisi Lətif Sadıqov və həmin bölmənin Keyfiyyət Təminatı üzrə mütəxəssisi Ayşən Qənbərova qatılıb.

Təlimlərdə Azərbaycan universitetlərində keyfiyyət təminatı sistemləri haqqında məlumat verilib, keyfiyyət təminatı sistemində müəyyənləşdirilmiş strateji hədəflər barədə universitetlər tərəfindən məlumatlar təqdim olunub, əldə olunan irəliləyişlər və çatışmazlıqlarla bağlı müzakirələr aparılıb.

          Təlim zamanı universitetlər öz keyfiyyət təminatı siyasətləri və strategiyaları tətbiqinin pilot mərhələsi ilə bağlı ilkin hesabatı paylaşıb və bu hesabatların qarşılıqlı müzakirəsi aparılıb. Lahiyənin növbəti mərhələsi ilə bağlı iştirakçılar arasında sorğular keçirilib və onların rəyləri öyrənilib.

        Məlumat üçün bildirək ki, təlimdə IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) və digər iştirakçıları – Niderlandın “415 International BV” təşkilatı, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

Leave a Reply

Your email address will not be published.