NDU-nun nəznində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki kollecində   “Ümummilli Lider Heydər Əliyev və təhsil hüququ” mövzusunda tədbir keçirilib

NDU-nun nəznində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki kollecində   “Ümummilli Lider Heydər Əliyev və təhsil hüququ” mövzusunda tədbir keçirilib

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Vahidə Bayramova çıxışı zamanı qeyd edib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə təhsilə hər zaman böyük önəm verib və Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub. Vahidə Bayramova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət təhsil siyasəti, təhsil sistemində aparılan köklü islahatlar, həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə məlumat verib.

Naxçıvan Dövlət Universitetinin magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev Azərbaycan təhsilinin keçdiyi keşməkeşli  yollardan  və təhsilin inkişafından danışıb.

Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun “Heydər Əliyev və Azərbaycan Respublikasında təhsil siyasəti”, Müvəkkil aparatının baş məsləhətçisi Elnarə Hüseynovanın “İnsan hüquqları kontekstində təhsil hüququ: beynəlxalq və milli normalar” və Təhsil Nazirliyinin sektor müdiri Mətanət Cəlilovanın “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda çıxışları dinlənilib.

Sonda ulu öndərin həyat və fəaliyyətində təhsilə verdiyi dəyəri nümayiş etdirən videoçarxa baxış olub, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published.