
NDU-nun Tarix-filologiya fakültəsində “Azərbaycan torpaqlarında ərazi bütövlüyümüzün bərpası- şanlı zəfər tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib
Vətən uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, illərdir düşmən tapdağı altında olan əzəli və əbədi torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyası bacarığı və adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran igidlərin səyləri nəticəsində azad edildi.
Tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov “Şanlı zəfər yolunun başlanğıcı və nəticəsi”, Tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov “44 günlük Vətən müharibəsi və Naxçıvan xüsusi təyinatlıları”, “44 günlük Vətən müharibəsi və tarixi həqiqətlər” adlı çıxışında Zamin Əliyev, Tarix üzrə fəlsəfə doktoru, baş müəllim Qadir Əkbərov “Tarixi zəfər dövrünün reallıqları: Azərbaycan-Türkiyə diplomatik əlaqələri” mövzusunda çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan torpaqlarımız rəşadətli Azərbaycan ordusu tərəfindən azad edilmişdir. Bu gün bizim əzəli və əbədi torpağımız olan Qarabağda Azərbaycanın üçrəngli, şanlı bayrağı dalğalanmaqdadır.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Aynur Talıblının “Azərbaycan Respublikasının şanlı qələbəsinin tarixi haqqında” çıxışı dinlənilib.
Sonda bədii qiraət dinlənilib