NDU Tibb Kolleci 2023-cü ildə muxtar respublikanın 15 məktəbində nümunəvi dərslər təşkil edib

NDU Tibb Kolleci 2023-cü ildə muxtar respublikanın 15 məktəbində nümunəvi dərslər təşkil edib

NDU Tibb Kollecində 2023-cü ildə görülən işlərə dair hesabat tədbiri keçirilib. Tədbirdə kollecin direktoru Sona Məmmədova carı ilin yekun hesabatı haqqında çıxış edərək qeyd edib ki, 2023-cü ildə kollecdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Kollecin müəllimləri tərəfindən il ərzində Naxçıvan şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərində ayda bir dəfə nümunəvi dərslər keçirilir. Belə ki, Naxçıvan şəhər 1, 5, 8, 11, 12, 15, 16, 17, 705 №-li, Şahbuz rayon Ağbulaq və Nursu kənd tam orta məktəbləri, Babək rayon Kültəpə, Hacıvar, Qahab və Şıxmahmud kənd tam orta məktəblərində nümunəvi dərslər təşkil edilib.

2021-2022-ci tədris ilindən başlayaraq “Hərbi tibb” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsindən danışan direktor bildirib ki, bu ixtisas üzrə kadrların hazırlanması hərbi tibb işçilərinin yetişməsinə öz töhfəsini verməkdədir.

Sona Məmmədova vurğulayıb ki, Tələbələrin bilik və yaradıcılıq qabiliyyətlərinin artırılması, onlarda vətəndaşlıq mövqeyinin formalaşdırılması və vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə kollecdə Tələbə Gənclər Təşkilatı və Gənc Vətənpərvərlər Birliyi fəaliyyət göstərir. Muxtar respublikanın müxtəlif nazirlik, idarə və təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə tələbələrimiz fəal iştirak ediblər.

Direktor ötən il kollecdə ümumilikdə 74 tədbirin həyata keçirildiyini deyib.

“Məqsədimiz bundan sonra da yüksək ixtisaslı, peşəkar, insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır”- deyən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, kollecdə bu il peşəkar kadr hazırlığı sahəsində davamlı inkişafa nail olunub. Vurğulanıb ki, kollecin müəllim və tələbələri Naxçıvan Dövlət Universitetinin Tibb fakltəsində təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirakı, təlim proqramları ilə tələbələrə tibb sahəsində dərin biliklərə yiyələnmələri üçün geniş imkanlar təmin edilib.

Rektor tədbirdə müəllimlərin təkliflərini dinləyərək tövsiyyələrini çatdırıb, kollec əməkdaşlarına uğurlar arzulayıb.

Leave a Reply

Your email address will not be published.