Nəsibə Yaqub qızı Abbasova

baş müəllim

Abbasova Nəsibə Yaqub qızı 1964-cü ildə Naxcıvan şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dillər Universitetini Alman və İngilis dili müəllimliyi ixtisası üzrə bitirmişdir. 1988-ci ildə orta məktəbdə xarici dil müəllimi kimi işə başlamışdır. 2000-2001-ci tədris ilində Naxçıvan Dövlət Universitetində   “Roman-german dilləri” kafedrasında Alman dili üzrə saathesabı müəllim kimi fəaliyyətə başlamış, 2007-2008-ci tədris ilinin fevral ayından isə fəaliyyətini tamştat müəllim kimi davam etdirmişdir. Hazırda həmin kafedrada baş  müəllim vəzifəsində işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantıdır və “Azərbaycan və alman dillərində cümlə transformasiyası” adlı elmi-tədqiqat işi üzrə araşdırmalarını davam etdirir. Bir sıra elmi konfraslarda iştirak etmiş, müxtəlif vaxtlarda sertifikatlar almışdır. Bir sıra elmi məqalənin müəllifidir.

 

Dərc olunmuş elmi məqalələr:

  1. Müasir alman dilində məcazi məna bildirən sözlər haqqında, Məqalə,  Filologiya məsələləri, Bakı, 2009, №6, səh.143-150     
  2. Alman atalar sözlərinin Azərbaycan dilinə tərcüməsinə dair bəzi mülahizələr, Məqalə, Filologiya məsələləri, Bakı, 2009, №11, səh. 62-69
  3. Almanca-azərbaycanca və Azərbaycanca-almanca ikidilli lüğətlərə dair, Məqalə,“ Elmi əsərlər ” NDU “ Qeyrət ” – 2011, №2, səh.172-175
  4. Azərbaycan və alman ədəbi əlaqələrinə dair, Məqalə, “ Dil və ədbiyyat ” Beynəlxalq elmi-nəzəri jurnal, №3, (79) Bakı-2011, səh.247-251
  5. Transformasiyanın ümumi məsələlərinə dair, Məqalə, “ Elmi əsərlər ” NDU “ Qeyrət ” 2013, №2 (54), səh.99-103
  6. Transformasiya hadisəsinin nəzəri linqvistik aspektləri, Məqalə, AMEA -nın M. Füzuli adına əlyazmaları institutu, Filologiya məsələləri № 5, Elm və təhsil-2013, səh.314-320
  7. “Ellipsis transformasiya qaydaları əsasında aparılan əsas əməliyyatlardan biri kimi”, Konfrans məqaləsi, Regional inkişaf və böyük mədəniyyət; mənşə, harmoniya və tipologiya məsələləri mövzusunda beynəlxalq konfrans materialları NDU-2013, səh.37-39
  8. Xarici dillərin tədrisində cümlə transformasiya məsələləri, Məqalə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Azərbaycan Memarlıq və İnşaat Universiteti,”Ali məktəblərdə dillərin öyrədilməsinin müasir problemləri” Bakı,2014, səh.108-110
  9. Sintaksisin tədrisində Azərbaycan və alman dillərində cümlə transformasiyasi məsələləri Konfrans məqaləsi, Azərbaycan Təhsil Nazirliyi,Azərbaycan Dillər Universiteti, “Xarici dillərin tədrisinin aktual problemləri”Respublika elmi-praktik konfransının materialları,Bakı,2014, səh.247-249
  10. Tərcümədə transformasiya məsələləri, Məqalə, AMEA-nın Nəsimi adına Dilçilik institutu, 2014 “Tədqiqlər”,N2, səh.124-127
  11. Dilçilikdə deskriptiv  metod, törəmə nəzəriyyəsi və transformasiya    haqqında, Məqalə,  AMEA-nın Naxçıvan bölməsi, İncəsənət dil və ədəbiyyat institutu. “Axtarışlar, 2016.
  12. Tərcümə zamanı transformasiya, Məqalə, AMEA-nın Nəsimi adına dilçilik institutu. “Tədqiqlər”,  Bakı,  2016,