Mehbalıyev Nihad Nəsrəddin oğlu

Nihad Nəsrəddin oğlu Möhbalıyev 1990-cı ildə noyabr ayının 26-da Şərur rayon Qıvraq kəndində anadan olmuşdur. 1997-ci ilin sentyabrında Şərur rayon S.Əsədov adına Qıvraq kənd 2 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinin “Gömrük işinin təşkili” ixtisasının əyani şöbəsinin 1-ci kursuna daxil olmuşdur. 2012-ci ildə həmin ixtisası əla qiymətlər bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı- Gömrük işi” magistratura pilləsinin qiyabi şöbəsinə daxil omuşdur. 2016-cı ilin yanvarında magistr təhsilini əla qiymətlərlə başa vurmuşdur. 2013-cü ilin sentyabr ayında Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasında müəllim olaraq işə başlamışdır. “Mikroiqtisadiyyat” adlı dərs vəsaitinin, 4 elmi olmaqla 9 digər məqalənin müəllifidir.