Nuridə Yaşar qızı Əkbərova

Fizika üzrə fəlsəfə doktoru, baş müəllim

E-mail:   nurida.akbarova@yahoo.com

1975-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1992- ci ildə C. Naxçıvanski adına 11 saylı məktəbi bitirmişdir. 1993- cü ildə NDU-nun Fizika- Riyaziyyat fakültəsi, Fizika ixtisasına qəbul olmuşdur. 1997-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 1999- cu ildə isə magistr pilləsini bitirmişdir.

1999- cu ildə NDU-nun “Ümumi və nəzəri fizika” kafedrasında baş laborant vəzifəsində işə başlamışdır. 2003-cü ildə həmin kafedrada müəllim, 2014-cü ildə isə baş müəllim vəzifələrinə təyin edilmişdir.

2016-cı ildə “Xarici maqnit sahəsində neytrino və antineytrinoların yüklü lepton və antileptonlara annihilyasiyası” mövzusunda dissertasiya müdafiə edərək fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Hal hazırda NDU-nun “Ümumi və nəzəri fizika” kafedrasında baş müəllim vəzifəsində işləyir.