Ocaqquliyeva Sevda İsa qızı

Müəllim

E mail: sevdaocagguliyeva@gmail.com

Ocaqquliyeva Sevda İsa qızı 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Kərimbəyli kəndində anadan olub.

2013-cü ildə Babək rayon Kərimbəyli kənd tam orta məktəbini bitirmiş, həmin ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsi “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2017-ci ildə həmin Universiteti bitirmişdir.

2017-ci ildə Naxçıvan Dövlət Universitetində “Muzeyşünaslıq” ixtisası üzrə Magistraturaya qəbul olmuş, 2019-cu ildə həmin ixtisası Fərqlənmə ilə bitirmişdir.

2019-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsinin “Arxiv işi və muzeyşünaslıq” kafedrasının laborantı vəzifəsində çalışmış, 2021-ci ildən həmin kafedranın 0.5 ştat müəllimi vəzifəsinə təyin olunmuşdur.

Dərc olunmuş elmi əsərləri:

İşin adıİşin növüNəşriyyat, jurnal və s.İşin həcmiHəm müəllif
1.“Təlim-tərbiyə prosesində muzeylərin rolu”Elmi əsərlərNaxçıvan Müəllimlər İnstitutu, 2021-ci il,  №2Səh 73-75Z.Seyidova
2.“Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavidin ev muzeyi”Elmi əsərlərNaxçıvan Dövlət Universiteti, Magistrların regional elmi konfransının materialları,2019-cu il, №10Səh 102-103