1986-cı ildə Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. 2004-cü ildə Külüs tam orta
məktəbinin onbirinci sinifini bitirmişdir. 2006-cı ildə hərbi xidməti bitirib. 2008-ci ildə Naxçıvan Dövlət Üniversitetinin Pedaqoji fakültəsinin “Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı” ixtisasına daxil olub, 2012-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasına daxil olmuşdur. 2015-ci ildə həmin akademiyanın magistraturasını bitirib. 2014-cü ildən Naxçıvan Dövlət Üniversitetinin Pedaqoji fakültəsinin “Çağrışaqədərki hazırlıq və Mülki müdafiə” kafedrasında müəllim işləyir. 2018-ci ildən Naxçıvan Dövlət Üniversitetinin dissertantıdır
Dərc olunmuş elmi əsərlər:
1.Fövqaladə hallarda əhalinin mühafizəsinin üsul və prinsipləri Naxçıvan NDU “qeyrət” nəşriyyatı 2016 səh. 73-75
2.Hərbi mənşəli fövqaladə vəziyyət müasir zərbə vasitələrinin istifadəsi zamani yaranan zərbə ocaqlarının və zəhərlənməz ocaqlarının xarakteristikası
3.Naxçıvan NDU “qeyrət” nəşriyyatı 2017 № 8 (89) səh. 111-113
4.Fərdi mühafizə vasitələri Naxçıvan NDU “qeyrət” nəşriyyatı 2018 №4 (93) səh. 148-150