Paşayeva Səkinə Rasim qızı

İngilis dili və metodika kafedrasının müəllimi

 

 

1989-cu il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakültəsinin “Xarici dili -İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr pilləsini bitirib. 2010-2012–ci illərdə Naxçıvan Dövlət Universitetinin magistraturasının “Xarici ölkə xalqlarının ədəbiyyatı” (Amerika ədəbiyyatı) ixtisasını bitirib. 2012-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili” kafedrasında, 2015-ci ildən etibarən isə “İngilis dili və metodikası” kafedrasında müəllim vəzifəsində işləyir. 2017-ci ildən Naxçıvan Dövlət Universitetində “Dünya ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Mark Tven və Azərbaycan ədəbiyyatı” adlı elmi iş üzərində işləyir.

Dərc olunmuş elmi əsərlər:

  1. “Xarici dilin tədrisində psixoloji faktorların rolu”. Ali məktəbdə xarici dilin tədrisi: reallıqlar və perspektivlər. Bakı – 2013. (6 səh.)
  2. “Şagirdlərin şifahi nitqinin inkişafının aktual problemləri”. Xarici dilin tədrisinin və tətbiqinin aktual problemləri. Beynəlxalq konfrans Naxcıvan–2016. (4 səh.)