Professor İntiqam Cəbrayılov Naxçıvan Dövlət Universitetinin magistrantları üçün ustad dərsi keçib

Professor İntiqam Cəbrayılov Naxçıvan Dövlət Universitetinin magistrantları üçün ustad dərsi keçib

Ali təhsil ocağının “Pedaqogika və psixologiya” kafedrasının təşkilatçılığı ilə “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusunda ustad dərsi keçirilib.

Universitetin magistrant bazası haqqında məlumat verən Magistratura və doktorantura mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Etibar Məmmədov bildirib ki, ali təhsil ocağında 86 ixtisas üzrə magistrant hazırlığı aparılır. 

“Pedaqogika va psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov çıxışında qeyd edib ki, professor İntiqam Cəbrayılov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorant və gənc tədqiqatçıların respublika elmi konfranslarında pedaqogika va psixologiya bölməsinə rəhbərlik edir. Onun doktorant və gənc tədqiqatçılar üçün elmi seminarlarında mütəmadi olaraq pedaqogikanın, təhsilin müxtəlif problemləri barədə məruzələri dinlənilir. Bildirilib ki, İntiqam Cəbrayılov pedaqogika nəzəriyyəsi və tarixi, tarixin tədrisi metodikası və Azərbaycan tarixinin müxtəlif problemləri ilə bağlı tadqiqatlar aparır. Diqqətə çatdırılıb ki, professor təhsil problemləri ilə bağlı  xarici ölkələrdə konfrans və seminarlarda iştirak edir. 

Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” adlı çıxışında   müasir dövrdə elmi tədqiqatlara verilən tələbləri, elmi tədqiqatların aparılması texnologiyalarını, problem baxımından mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqini, dissertasiyanın struktur və məzmun məsələlərini şərh edib. Tədqiqatın struktur, məzmun məsələləri barədə məlumat verən məruzəçi tədqiqatların aparılma qaydalarını, tədqiqatçılıq bacarıqlarının formalaşdırılması sahəsində nəzəri və praktik bilikləri iştirakçıların diqqətinə çatdırıb . Həmçinin elmi tədqiqatların konseptual problemlərinin həlli istiqamətlərinə aydınlıq gətirilib. Təqdimatdan sonra doktorant və gənc tədqiqatçıların sualları professor İntiqam Cəbrayılov tərəfindən cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.