İmtahanda üç ixtisas üzrə ümumilikdə 50 tələbə iştirak edib. İmtahan oxuma, yazma, danışıq və qrammatika bölmələrini əhatə edib. Ümumilikdə 50 ballıq sistemlə qiymətləndirilən imtahanda keçid balı 25 olaraq müəyyənləşdirilib. Nəticələrə əsasən, tələbələrin ingilis dili üzrə səviyyəsi qiymətləndirilib və məqbul nəticə göstərənlər təhsillərini tədrisi ingilis dilində olan qrupda davam etdirəcəklər. İmtahandan tələb olunan nəticəni əldə edə bilməyən tələbələr isə bir semestrmüddətində həmin ixtisasların Azərbaycan dilində tədris olunan paralel qruplarında təhsil alacaqlar.
Qeyd edək ki, hazırda universitetdə beş ixtisasda ingilis dilində tədris həyata keçirilir. İnformasiya təhlükəsizliyi və Beynəlxalq münasibətlər ixtisaslarında 4+1 formatlı hazırlıq kursları tətbiq olunur, Kompüter mühəndisliyi, Tibb və İqtisadiyyat ixtisaslarında tələbələrin dil bilikləri səviyyə imtahanı ilə müəyyənləşdirilir.