
“Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” mövzusunda konqres keçiriləcək
Naxçıvan şəhərində 23-24 noyabr 2023-cü il tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqres keçiriləcək.
Qeyd edək ki, festival və konqresin keçirilməsi, konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulub.
Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçiriləcək.
Festivalda bir sıra rəsmi qonaqlarla yanaşı ölkəmizin və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrinin rektorları və tədqiqatçılarının iştirakı nəzərdə tutulur. Nəzərinizə çatdıraq ki, “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” adlı beynəlxalq konqresin hər il keçirilməsi planlaşdırılır.