“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Ordubada səfər edib

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Ordubada səfər edib

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçılarının Ordubad rayonuna səfəri təşkil olunub. Səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan Qərbi azərbaycanlılarla görüş keçirilir. Həmçinin Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri nümayiş etdirilir.

Görüşün keçirildiyi məkanda qonaqlar üçün konsert proqramı da təşkil olunub.