[ultimate_heading main_heading=”Qadir İsmayıl oğlu Əkbərov . Tarix üzrə fəlsəfə doktoru” main_heading_color=”#1e73be” alignment=”left” spacer=”line_only” spacer_position=”middle” line_height=”1″ line_color=”#1e73be” margin_design_tab_text=””]Əkbərov Qadir İsmayıl oğlu 1976-cı il sentyabrın 30-da  Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.1993-cü ildə Naxçıvan Dövlət Universitetinin  Humanitar fakültəsinin tarix ixtisası üzrə əyani şöbəsinə daxil olmuşdur. 1997-ci ildə universiteti bitirmişdir. 1998- 2019-cu illərdə  Q.Sadiqov adına Cəhri kənd 2 № li tam orta məktəbində  ixtisası üzrə müəllim işləmişdir. Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi əməli fəaliyyətinə görə 2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə “Fəxri fərman” la təltif edilmişdir. 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. Qadir Əkbərov 2006-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsində “Azərbaycanın qədim və orta əsrlər tarixi” istiqaməti üzrə təhsil almışdır.

2012-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində dissertantura təhsili almışdır. 2017-ci ildə  “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər məsələsi” mövzusunda dissertasiya müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildən Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasında müəllim işləyir.

Ən mühüm əsərləri:

  1. “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlər məsələsi” . Naxçıvan, Əcəmi NPİ, 2017, 208 s
  2. Milli-mənəvi dəyərlərə tarixi baxış // AMEA Naxçıvan Bölməsi, Xəbərlər. İctimai və humanitar elmlər seriyası,  2012, № 3, s. 74-78
  1. Heydər Əliyev və milli-mənəvi dəyərlər sistemində Azərbaycançılıq ideologiyası // Tarix və onun problemləri, 2013 № 4, s. 186-189

 

  1. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə milli-mənəvi dəyərlərə qayğı // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri (Xüsusi buraxılış), 2013, № 1 (50), s. 141-144
  1. Azərbaycançılıq ideyasının inkişaf tarixi və ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiya kimi formalaşdırılması // Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları.1-4 may 2013, Bakı, Mütərcim,s. 168-170
  2. Развитие национально-духовной ценности в первом периоде политической деятельности Г.Алиева в Нахчыване // Гилея: науковый вестник, Киев: 2014, Вип 82 (№3), с.104-106
  3. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2015, № 6 (71), s. 54-58
  4. Milli birliyimizin təməl prinsipi olan Azərbaycançılıq məfkurəsi // AMEA Naxçıvan Bölməsi “Axtarışlar” elmi toplusu, 2015, № 1, s.162-167
  5. Nahçivan Özerk Cumhuriyyeti Tarih-Kültür Anıtlarına Özen ve Dikkat Devlet Politikasının Bir Hissesi Gibi // Nahçivan ve Doğu Anadolu Abideleri Uluslararası Sempozyumu (dünü bugünü ve yarını) 11-12 mayıs 2015 Nahçivan. s. 443-447
  6. Тенденции развития духовной культуры в Нахчыванской Республике (1991-2015) // Розвиток суспїльнїх наук: європейськї практики та нацїональнї перспективи: Матерїали мижнародної науково-практичной конференцїї. Львїв  25-26 грудня 2015, с. 61-64
  7. Azərbaycan xalqının milli məfkurəsi  ‒ Azərbaycançılıq və azərbaycanlıların təşkilatlanması haqqında qeydlər //  Qafqaz tarixinin aktual məsələləri. Beynəlxalq konfrans 15-16 oktyabr 2015-ci il. Gəncə, GDU,s. 156-159
  8. “Kitabi-Dədə Qorqud” dastanlarında və müasir məişətimizdə milli-mənəvi dəyərlərə münasibət (müqayisəli təhlillər) // AMEA Naxçıvan Bölməsi Xəbərlər. Xüsusi buraxlış,  2016, № 1, s. 290-296
  9. Naxçıvan Muxtar Respublikasında mədəniyyət siyasəti və mənəvi dəyərlərin inkişafı (1995-2015-ci illər) // Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr (3-4 dekabr 2015-ci ildə keçirilmiş elmi konfransın materialları). Naxçıvan, 2016, s.286-291
  1. HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA SİYASİ HAKİMİYYƏTƏ QAYIDIŞI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏNİN BAŞLANMASI. Naxçıvan Müəllimlər İnstitutunun “Elmi əsərlər”ində nəşr olunub.   № 1(59) 2020   98-102.
  2. Азербайджанcкая Демократическая Республика и национально-духовные ценности. Актуальні питання, проблеми та перспективи розвитку гуманітарного знання у сучасному інформаційному просторі: національний та інтернаціональний аспекти : зб. наукових праць / за заг. ред. д.філос.н. Журби М.А. – Монреаль: СPM «ASF», 2020. – 123 с.
  3. MUXTARİYYƏTİN İLK ON İLİNDƏ NAXÇIVANDA MAARİF İŞİNİN TƏŞKİLİ VƏ ELM Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri 2020.
  4. MUXTARİYYƏTİN BƏHRƏLƏRİ: NAXÇIVANDA ELM VƏ TƏHSİL. AMEA Naxçıvan Bölməsin 2020.
  5. National and moral values ın the public life of the Nakhchıvan autonomous republıc ın 1995-2003.Scientific Journal VIRTUS # 55, June, 2021. published since 2014.Səh.150-154.
  6. Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin iclas protokolları erməni vəhşiliyini öyrənən mənbələrdən biri kimi. Naxçıvan Müəllimlər İnstitutu. 2021. №1 (63) s.110-113.
  7. Muxtariyyatın bəhrələri: Naxçıvanda elm və təhsil. Naxçıvan Universiteti Elmi əsərlər. 2021 №1 (20) səh. 274-278.

Əlaqə:  qadir1976@inbox.ru[/ultimate_heading]