Qaradəniz Texnik Universitetinin professoru Sevgi Kolaylı Naxçıvan Dövlət Universiteti üçün vebinar keçib
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində keçirilən vebinarda çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov professoru salamlayıb, iki ali təhsil ocağındakı beynəlxalq əməkdaşlıqdan söz açıb.
Türkiyənin Qaradəniz Texnik Universiteti Biokimya fakültəsinin professoru Sevgi Kolaylı antioksidantlar nədir və onların insan sağlamlığı üçün faydalı cəhətlərindən danışıb. Qeyd edilib ki, bəzi antioksidanlar bədənin işləməsi üçün lazım olan vitaminlər, digərləri isə əsas minerallardır. Bildirilib ki, tam olaraq əsas qida sayılmayan, lakin hələ də hüceyrələrə və toxumalara təsir göstərən antioksidanlar var ki, bunları da bitki, heyvan və digər qida mənbələrində tapmaq olar. Daha çox antioksidant əldə etmək üçün antioksidlər və onlara təsir mexanizmləri haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Antioksidant sistemlər və Bioloji fəaliyyət növü ilə məşğul olan professor onlarla layihə və patent müəllifi, beynəlxalq elmi bazalarda yüzlərlə elmi məqalələrin müəllifi, bir sıra nüfuzlu dərginin redaksiya heyətinin üzvü və hakimidir. Professorun 2017-ci ildən bəri nüfuzlu nəşrlədəki məqalələrinə 4200-dən çox istinad qeydə alınıb.
Sonda Qaradəniz Texnik Universiteti Biokimya fakültəsinin professoru Sevgi Kolaylıya universitet adından təşəkkürnamə təqdim edilib.