Qarayev Anar Əbülfəz oğlu
Qarayev Anar Əbülfəz oğlu 10 yanvar 1978-ci ildə Ordubad rayonunun Kotan kəndində anadan olmuşdur. 1985-cı ildə Kotan kənd məktəbin I sinfinə getmişdir, 1995-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2000-ci ildə Naxçıvan Dövlət Universtitetinin Fizika-Riyaziyyat fakültəsinin “Fizika” ixtisası üzrə bakalavr pilləsinə (əyani) qəbul olub, 2004-cü ildə oranı bitirmişdir. 2006-cü ildə Naxçıvan Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” ixtisası üzrə magistraturasına əyani qəbul olub, 2006-cı ildə fərqlənmə diploma ilə bitirmişdir. 2006-2007-ci illərdə AMEA-nın Naxçıvan bölməsində baş laborant işləmişdir. 2007-2008-ci illərdə Əylis tam orta məktəbində Fizika müəllimi işləmişdir. 2010-cu ildən 2015-ci ilə qədər Yuxarı Əylis tam orta məktəbində işləmişdir. 2015-ci ildən Ordubad rayon İnternat məktəbində Fizika müəllimi işləyir. Eləcədə 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “Ümumi və nəzəri fizika” kafedrasında müəllim işləyir.