Qədimov Əli Tofiq oğlu
y/stat müəllimi
20 avqust 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1997-ci ildə orta təhsilini başa vurduqdan sonra həmin
ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına daxil olub, 2001-ci ildə Universiteti həmin ixtisas üzrə bitirmişdir.
2001-ci ilin iyul ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2002-ci ilin iyul ayında ehtiyata buraxılmışdır. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə İdarəçiliyi” ixtisası üzrə qiyabi təhsil almış, 2009-cu ildə Naxçıvan Dövlət Universitetində “Dövlət hüququ” ixtisası üzrə magistr təhsilini başa vuraraq “Xarici ölkələrin seçki sistemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. 2008-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimidir. Hüquq nəzəriyyəsi, insan hüquqları və maliyyə hüququ fənlərinin tədrisini həyata keçirir. 31 iyul 2018-ci tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Dərc olunmuş elmi əsərləri:
- Azerbaycan cumhuriyeti anayasasının hükümleri açısından vergi kavramının incelenmesi Hukuk Biliminin Güncel Sorunları 3. Uluslararası Kongre Bildiri Kitabı (2 Cilt Takım)
- Hüquq normasında onun tərkib ünsürlərinin əks olunması Bakı Hüquq Jurnalı № 3, May 2013
- Hüquq nəzəriyyəsi fənni üzrə metodik göstərişlər Metodik göstəriş NDU-nun “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2019
- Maliyyə hüququ fənni üzrə metodik göstərişlər Metodik göstəriş NDU-nun “Qeyrət” nəşriyyatı, Naxçıvan – 202