“Qeyrət” nəşriyyatı

Naxçıvan Dövlət Universitetində “Qeyrət” nəşriyyatı 1997-ci ildə rəsmi qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Nəşriyyatın ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuş mükəmməl mətbəəsi vardır.
“Qeyrət” nəşriyyatı monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edir.
Tədris prosesi ilə əlaqədar bütün materiallar (jurnallar, blanklar, formalar və fənn proqramları) bu nəşriyyatda nəşr edilib struktur bölmələrə çatdırılır. Həmçinin  “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni habelə elmi konfransların materialları da  “Qeyrət” nəşriyyatında çap olunur.

“Qeyrət” nəşriyyatının direktoru
Əli Həsənqulu oğlu Həşimovdur.
1 Həşimov Əli Həsənqulu oğlu Direktor
2 Kazımov Vidadi Həsən oğlu Mətbəə müdiri
3 Məmmədova Günel Ənvər qızı Aparıcı korrektor
4 Abbasova Sahilə Əsgər qızı Aparıcı redaktor
5 Əlizadə Sitarə Hüseyn qızı Aparıcı redaktor