Qocayev Fərman Rza oğlu
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
E-mail: ferman.qocayev@mail.ru
01 avqust 1943-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində ziyalı ailəsində anadan doğulmuşdur. 1950-ci ildə Əbrəqunus kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1960-cı ildə Bənəniyar kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 1960-cı ildə V. İ. Lenin adına APİ-in (indiki N. Tusi adına ADPU-un) Fizika-riyaziyyat fakültəsinin “Ümumi texniki fənlər və fizika” ixtisasına daxil olub, 1965-ci ildə həmin ixtisasın tam kursunu bitirmişdir. Ali və Orta İxtisas Təhsili Nazirliyinin təyinatı əsasında 1965-68-ci illərdə APİ-in “Ümumi fizika və astronomiya” kafedrasında baş laborant vəzifəsində işləmişdir. 1968-71-ci illərdə Azərbaycan EA-ın Fizika İnstitutunda “Yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə əyani aspiranturada oxumuşdur. 07 fevral 1974-cü ildə Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib, Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 03 sentyabr 1974-cü il tarixdən Naxçıvan Dövlət Universitetində işləyir. 1985-ci ildən dosent vəzifəsində çalışıram. 1997-2000-ci illərdə Fizika-riyaziyyat fakültəsində dekan müavini, 2000-2009-cu illərdə isə həmin fakültədə dekan vəzifələrində işləmişdir. 2009-cu ildən isə “Ümumi və nəzəri fizika” kafedrasının müdiri vəzifəsində çalışır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. Ailəliyəm, iki oğlu və üç qızı vardır.