Quliyev Kamran Məmmədqulu oğlu 9 sentyabr 1958-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Zeynəddin kəndində anadan olmuşam. 1975-ci ildə Zeynəddin kənd ota məktəbini bitirmişəm. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşam.
1979-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövləd Musiqili Dram Teatrna texniki işçi qəbul edilmişəm. Texniki işçi kimi işlədiyim dövrdə teatrda bir sira kiçik yollar oynamışam.
198-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun Mədəni-marif fakultəsinə qəbul olmuşam. Elə həmin ilin avqust ayından teatrın aktyor truppasına keçirilmişəm. 1981-1986-ci illərdə işləməklə yanaşı təhsilimi qiyabi şöbədə davam etdirmişəm .
Teatrda işlədiyim müddətdə 80-dən artıq rol oynamışam. 1992-ci ildən həm də rejissor kimi fəaliyyət göstərmişəm 1997-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrna baş rejissor, 2004-cü ildən isə direktor və baş rejissor təyin edilmişəm. 2013-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizim Nazirliyinə teatrn inkişafı və dövləd əhəmiyyətli tədbirlərin təşkili üzrə baş mələhətçi təyin edilmişəm. 2015-cü ildən Naxçıvan Dövlət Univeristetində pedeqoji fəaliyyətlə məşğulam.
1987-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1999-cu ildə Azərbacan Respublikasının xalq artisti fəxri adllarına, 2008-ci ildə Tərəqqi medalına layiq görülmüşəm. Üç dəfə Prezident mukafatçısı olmuşam.
1997-ci ildən muxtar respublikada keçirilən mədəni kütləvi tədbirlərə rejissorluq edirəm, 40-dan artıq tamaşaya quruluş vermişəm.
1.Anar “Sizi deyib gəlmişəm” (1992)
2.Həmid Arzulu “İtilənən xəncərlər” (1996 )
3.Rauf İçərişəhərli “Arzum çin oldu” (1997)
4.Ramiq Muxtar “ Şəhərli kürəkən” (1998 )
5.Rauf İçərişəhərli “Kələkbaz qızlar” (1999)
6.Ü.Hacıbəyov “Arşın mal alan” (1999)
7.H.Arzulu “Ərsizlə və arsızlar” (1999)
8.Həsən Elsevər “Qorxulu oyun” (2000)
9.H.Cavid “Topal Teymur” (2000)
10.Elçin “Mənim ərim dəlidi” (2001)
11.İlyas Əfəndiyev “Şeyx Xiyabanı” (2001)
12.Adil Babayev “Yarımçıq şəkil” (2001)
- Nəriman Həsənzadə “Pompeyin Qafqaza yürüşü” (Mərahim Fərzəlibəyli ilə birlikə (2002))
14.İsi Məlikzadə “Gəl qohum olaq” (2002)
15.Elçin “Dəlixanadan dəli qaçıb” (2002)
16.H.Cavid “İblis” (2003 )
17.H.Arzulu “Mərhəmət məhəbbət deyil” (2003)
18.M.F.Axundov “Lənkəran xanının vəziri” (2004)
19.Hidyət “ Bu dünyanın adamları” (2004)
20.C.Məmmədquluzadə “Dəli yığınaqı” (2005)
21.Elman Həbib “Sahilsiz çaylar” (2005)
22.Mir Cəlal “Dirilən adam” (2006)
23.S.Vurğun “Fərhad və Şirin” (2006)
24.H.Arzulu “Əlincə qlası” (2007)
25.H.Cavid “Səyavuş” (2007)
26.Həsənəli Eyvazlı “Araz sahilində doğan günəş” (2008)
27.Adil Babayev “Koroğlunun Çənlibelə qayıdışı” (2008)
28.Elçin “Ah,Paris…Paris…” (2009)
29.Çəmil Sadiq “Qana qan qarışdı” (2009)
30.Q.E.Lessinq “Müdrik Natan” (2010)
- Kamran Nəzirli “Şeytan işığı” (Lənkəran teatrı 2011 i il)
32.Nazim Hikmət “Kəllə” (2012)
33.H.Cavid “Şeyx Sənan” (2012)
34.M.C.Cəfərov “Mirzə Cəlil taleyi” (2013)
35.Əli əmirli “Ağa Məhəmməd Şah Qacar” (2014)
36.Kamran Nəzirli “Narkoman” (Sumqayıt teatrı 2014 cü il)
37.Taleh Həmid “Yəhya bəy Dilqəm” ( 2015 )
38.İftixar “Qurtuluş dastanı” (2015)
39.Elçin “Arılar arasında” (2016)
40.Əli Əmirli “Onun iki qabırqası” (2017)
41.Əli Əmirli “Əli və Nino” ( 2018)
42.Xaqani Əliyev “Ehsan xan Kəngərli” (2019)
43.Nəbi Xəzri “Burla xatun” (2020)