Quliyeva Ceyran Manaf qızı

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

                                                                                                                    

Ceyran Manaf qızı Quliyeva 1959-cu il fevralın 20-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuşdur. 1966-1976-cı illərdə Naxçıvan st. 39№-li dəmiryol orta məktəbində oxumuş, 1976-1981-ci illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsində təhsil almışdır. C. Quliyeva 1981-1991-ci illərdə Naxçıvan MR Babək rayonunun Yeni-yol və Şəkərabad kənd 8-illik məktəblərində, 1991-1997-ci illərdə isə Naxçıvan şəhər 11 №-li orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir.C.M.Quliyeva 1997-ci ildə NDU-nun “Qərbi Avropa və şərq dilləri” kafedrasında  baş laborant, 1999-cu ildən isə müəllim kimi fəaliyyət göstərmişdir. C. Quliyeva 2009-cu ildə “ABŞ ədəbiyyatında adi adamın faciəsinin bədii təsviri (Erskin Kolduell və Albert Maltsın əsərləri əsasında)” mövzusunda  dissertasiya işi müdafiə etmişdir. 2009-2018-ci illərdə NDU-nun “İngilis ili və tərcümə” kafedrasına rəhbərlik etmişdir. Hazırda NDU-da Xarici Tələbələrlə iş üzrə dekandır. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvüdür.        Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”dir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı ilə təltif edilmişdir.      C.Quliyeva 2 metodik vəsaitin, 1  dərs vəsaitinin, 1 proqramın və 37 elmi məqalənin müəllifidir.

 

Dərc olunmuş elmi məqalələr:

  1. Müasir ingilis dilində mürəkkəb sözlərin ümumi səciyyəvi xüsusiyyətləri -The Actual Problems of Study of Humanities Bakı. Slavyan Universiteti, I buraxılış, Bakı, Mütərcim, 2003.
  2. “E. Kolduell yaradıcılığına xas olan bəzi xüsusiyyətlər”- “Dil və ədəbiyyat” 5(59) Bakı Dillər Universiteti, 2007
  3. “İnsan ehtiyac labirintlərində”- “Elmi xəbərlər” № 1 Bakı. 2007. Azərbaycan Dillər Universiteti
  4. “A.Malts və kommunist hərəkatı” -“Dil və ədəbiyyat”6(60) Bakı Dillər Universiteti, 2007
  5. “Müharibədə qalib tərəf olmur” – “Filologiya məsələləri” № 5, Bakı. 2007. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
  6. “E.Kolduell və A.Malts yaradıcılığında sadə insan ictimai mühitin əsiri kimi”- “Filologiya məsələləri” № 6, Bakı. 2007.AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
  7. “Cəmiyyətdə yadlaşma və özgələşmə problemi” – “Filologiya məsələləri” № 7. Bakı. 2007.AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
  8. “E.Kolduellin yaradıcılığında iqtisadi depressiya və gənclərə dəyən mənəvi zərbə”- “Filologiya məsələləri” № 1. Bakı. 2008. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
  9. Kolduell ve A. Maltsın sanatkarlık meziyyetleri-“Kültür Evreni” № 2. 2009. Türkiye.Uluslararası Sosyal Ara_tırmalar DergisiThe Journal of International Social Research Volume 2 / 8 Summer 2009
  10. Maltz as a protest writer of his time-“Kültür Evreni” № 2. 2010. Türkiye
  11. Kolduellin əsərlərində irqi-ayrı seçkilik problemi-“Filologiya məsələləri” № 1. Bakı. 2010. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu
  12. Cəmiyyət həyatının ziddiyyətləri bəşəri problem kimi -Elmi əsərlər № 1. Naxçıvan, NDU, “Qeyrət”-2010
  13. Maltsın “Xaç və ox əsərində dini-əxlaqi inanclara vurulan zərbənin təsviri”- “Elmi xəbərlər” № 2 Bakı. 2011. Azərbaycan Dillər Universiteti
  14. Corc Qordon Bayron milli ədəbiyyatımızda -Elmi əsərlər № 2. Naxçıvan, NDU, “Qeyrət”-2011
  15. ABŞ ədəbiyyatında adi adamın faciəsinin bədii təsviri -Elm və təhsil” Bakı, 2011
  16. Ceyms Oldric və Azərbaycan həqiqətləri- Elmi əsərlər № 2 Naxçıvan, NDU, “Qeyrət”-2012
  17. İngilis poeziyasının ulduzu- Axtarışlar №3Naxçıvan, AMEA Naxçıvan Bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu-2012
  18. Naxçıvan Dövlət Universitetində İKT-nin tətbiqi təcrübəsindən -Naxçıvan Müəllimlər İnstitutu Respublika konfransının materialları 03 may, 2013
  19. Testlər, onların tərtibatı və növləri -Azərbaycan Dillər Universiteti. Məqalələr toplusu. Ali məktəbdə xarici dilin tədrisi: Reallıqlar və perspektivlər , 2013
  20. Gülüşlə düşündürən qələm ustası “Dil və Ədəbiyyat” №3, Bakı 2013. Azərbaycan Dillər Universiteti
  21. The Great Poet of the English Renaisance- Bilimsel Eksen, Scientific axis. Bahar 2014. Number 12
  22. Mark Tven kəskin satira ustası kimi“Elmi xəbərlər” № 3,Bakı, 2014. Azərbaycan Dillər Universiteti
  23. Problems in literary translation Naxçıvan Müəllimlər İnstitutu. NEWS of the Nakhchivan Teachers Institute. № 3. 2014
  24. Bədii tərcümə fənni üzrə proqram -Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.12.2014-cü il tarixli 1306 №-li əmri ilə təsdiq olunmuşdur. Bakı. “Mütərcim” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2015.
  25. Bədii tərcüməyə dair materiallar- Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.12.2014-cü il tarixli 1306 №-li əmri ilə təsdiq olunmuşdur. Bakı. “Mütərcim” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2015.
  26. Ardıcıl tərcümədə şifahi tərcümənin bir növü kimi- Axtarışlar № 3Naxçıvan,AMEA Naxçıvan Bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu- 2015
  27. Erskin Kolduell yaradiciliğinda adi adamin faciəsi-“Elmi xəbərlər” № 2 Bakı. 2015. Azərbaycan Dillər Universiteti
  28. XX century American Prose- Bakı – Mütərcim -2016
  29. XX əsr Amerika cəmiyyətinin “yabani çiçəklər”i-“Dil və Ədəbiyyat” №4, Bakı 2016. Azərbaycan Dillər Universiteti
  30. Konsept xəritələri və dillərin tədrisində onlarin istifadəsnə dair- Naxçıvan Dövlət Universiteti, Bakı 2016.
  31. 1998-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində ingilis dilinin tədrisi- Naxçıvan Dövlət Universiteti 50 ildə, Elmi Konfransın Materialları “Qeyrət” 2017.
  32. Albert Malts humanizim və sülh tərəftarı kimi. Naxçıvan Dövlət Universiteti. Humanitar Elmlər seriyası, №5 (86), 2018
  33. Teaching Translation in Modern Day English Classrooms.Tərcümə problemləri Respublika Elmi-praktik konfransının tezisləri. 15 mart 2019-cu il
  34. Teaching Translation in Modern Day English Classrooms.Tərcümə problemləri Respublika Elmi-praktik konfransının tezisləri. 15 mart 2019-cu il
  35. Amerika romanının əsas inkişaf mərhələləri haqqında (XX əsrin birinci yarısı)- Türkiyə, Akademik tarih ve düşünce dergisi, 2021, cild 8, sayı 2.
  36. “Amerika ədəbiyyatında müharibə mövzusu xx əsrin birinci yarısında”  İtaliya “Annali d’italia” № 30 (2022. VOL. 2 ISSN 3572-2436)
  37. “İngiltərə Viktoriya dövrü və Şarlotte Brontenin “Ceyn Eyr” romanı” Almaniya “Deutche İnternationale Zeitschrift” 2022.