Quliyeva Röya Seyfəddin qızı

İngilis dili və metodika kafedrasının müəllimi                                                                                                                                        

1990-cı il noyabrın 23-də Babək rayon cəhri kəndində anadan olmuşdur. 2007-ci ildə Naxçıvan Dövlət  Universitetinin “Beynəlxalq münasibətlər va xarici dillər” fakültəsinin Xarici dil (İngilis dili müəllimliyi) ixtisasına qəbul olmuş, 2011-ci ildə həmin ixtisas üzrə bakalavr təhslini əla qiymətlərlə bitirmisdir. 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin “Dilşünaslıq” ixtisasına magistr dərəcəsi almaq üçün daxil olmuş, 2013-cü ildə həmin ixtisası əla qiymətlərlə bitirmişdir. 2014-cü ildə İngilis dili müəllimlərinin təlimində iştirak etmiş və sertifikat qazanmısdir. 2015-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və metodika” kafedrasının müəllimi vəzifəsində işləyir. Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasının German dilləri üzrə dissertantıdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün professor Adil Babayevin rəhbərliyi ilə “İngilis və Azərbaycan dillərində budaq və tərkib cümlə problemi” adlı dissertasiya işi üzərində işləyir . Ailəlidir.

Dərc olunmuş elmi əsərlər:

  1. Modern theories on syntax -Naxçıvan Dövlət Universiteti, “Magistrantların regional elmi konfransının materialları”, 2012
  2. Xarici dilin tədrisində istifadə olunan metodlar, Beynəlxalq elmi jurnal, (humanitar və ictimai elmlər üzrə I beynəlxalq elmi konfrans materialı), Bakı, İSSN 2663-4619, 2020, Səh.301-303
  3. Diskussiya fəaliyyətlərinin tələbələrin səlis danışıq bacarıqlarının inkişaf etdirilməsinə təsiri, Naxçıvan Dövlət Universiteti, “Elmi Əsərlər” Qeyrət nəşriyyatı, 2021, səh 86-89