Rəhimov Novruzəli Həmzə oğlu
Mən Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olmuşam. 1969-cu ildə Babək rayonunun Qaraqala kənd 1 saylı orta məktəbinə daxil olmuşam və 1979-cu ildə həmin orta məktəbi bitirmişəm. 1981-1984-cü illərdə Sakit Okean Hərbi Dəniz Donanamasında hərbi xidmətdə olmuşam.
1984-1986- cı illərdə Naxçıvan şəhər 5 saylı tikinti trestində fəhlə işləmişəm.
1986-1991- ci illərdə Kiyev Dövlət Universitetinin Fəlsəfə fakültəsinin əyani şöbəsində təhsil almışam.
1991-ci ildə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşam. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və politologiya kafedrasında müsabiqə yolu ilə müəllim, 2000-ci ildə baş müəllim seçilmişəm. 2007-ci ildən isə dosent vəzifəsində işləyirəm. 2004-2016-cı illərdə Fəlsəfə və sosial iş kafedrasının müdiri işləmişəm.
1995-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantı olmuşam və 2002-ci ildə Bakı Dövlət Universitetində fəaliyyət göstərən Müdafiə Şurasında “Ekoloji və demoqrafik problemlərin sosial-fəlsəfi aspekti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışam.
Haliyyədə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyirəm.
Qloballaşma, ekologiya, gender problemi və s. fəlsəfi istiqamətlərdə elmi araşdırmalar aparıram. Bu mövzularla əlaqədar müxtəlif konfranslarda iştirak etmişəm.
İki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68 elmi məqalənin müəllifiyəm.
31 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mənə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilmişdir.
Rəhimov Novruzəli Həmzə oğlunun
dərc olunmuş elmi və tədris-metodiki işlərinin siyahısı:
- XX əsrin əvvəllərində Azərbaycan sosial-demokratik fikrində sosial utopiya prinsipləri . Nax.MR-in maddi və mənəvi sərvətlərinin öyrənilməsinin elmi əsasları (konfransın materialları). Naxçıvan-1993. Səh.49-54
- N.Tusinin “Əxlaqi-Nasiri” əsərində dövlətin təşkili və idarə olunması haqqında.
Gənc alimlərin Respublika konfransının tezisləri. Bakı, 1996. Səh.72-73
- Azad iqtisadi zonanın idarəetmə strukturunun təşkili prinsipləri.
Müasir şəraitdə iqtisadiyyatın inkişafının regional problemləri. Bakı, 1996. Səh. 20
- Mağaralı Əvhədinin etik baxışları. ADK (Nax. Bölməsi) elmi məqalələr məcmuəsi. Bakı, 1998. Səh.47-51
5.Türkiyə cuhuriyyəti ilə Naxçıvan MR arasında imzalanmış əməkdaşlıq protokolunun rolu. Müasir şəraitdə Türkiyə- Naxçıvan iqtisadi əlaqələrinin vəziyyəti və əsas inkişaf istiqamətləri. (Simpoziumun materialları) Bakı, 1998. Səh. 39.
- Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrində Naxçıvanın yeri. Müasir şəraitdə Türkiyə- Naxçıvan iqtisadi əlaqələrinin vəziyyəti və əsas inkişaf istiqamətləri. (Simpoziumun materialları) Bakı, 1998. Səh.44-45
- Naxçıvan MR- də ekologi tarazlığı pozan müxtəlif səbəblər və ekoloji problemlərin həllinin sosial prinsipləri. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 20-ci buraxılış. Bakı, “Elm” 1999. Səh.159-161
- Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi probleminin müasir şəraitdə sosial- fəlsəfi mahiyyəti. Naxçıvan Dövlət Universiteti. Elmi məqalələr məcmuəsi. (xüsusi buraxılış) № 5, Naxçıvan -1999. Səh.79-80
- Müasir şəraitdə Naxçıvan Muxtar Respublikasında demoqrafik problemlərin əsas xüsusiyyətləri (1- ci maqalə) . Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 23-cü buraxılış. Bakı, “Elm” 1999. Səh.148-150
- Müasir şəraitdə Naxçıvan Muxtar Respublikasında demoqrafik problemlərin əsas xüsusiyyətləri (2- ci maqalə). Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 23-cü buraxılış. Bakı, “Elm” 1999. Səh.248-250
- Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının ekoloji və demoqrafik problemlərinin qarşılıqlı təsiri. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 24-cü buraxılış. Bakı, “Elm” 2000. Səh.185-187
- Müasir dövrün qlobal ekoloji problemlərinin həllində ekoloji tərbiyənin rolu. NDU. Elmi əsərlər. № 6, Naxçıvan “Qeyrət” nəşriyyatı 2000. Səh.94-96
- Müasir şəraitdə Naxçıvan MR- də sosial-demoqrafik problemlərin həlli istiqamətləri. “Naxçıvan MR- in sosial- iqtisadi inkişaf problemləri” adlı konfransın materialları). NDU, “Qeyrət” nəşriyyatı 2000. Səh.104-106
- Təbiəti mühafizə və demoqrafik problemlərin həllində ümumi və xüsusi, sosial- fəlsəfi cəhətlərin vəhdəti. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 25-ci buraxılış. Bakı, “Elm” 2000. Səh.202-203
- Müasir dövrdə atmosferin mühafizəsi probleminin aktuallığı. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 26-cı buraxılış. Bakı, “Elm” 2000. Səh.198-200
- Ekoloji tərbiyə milli tərbiyənin tərkib hissəsidir. “Müasir dövrdə milli tərbiyə sisteminin aktual problemləri” adlı elmi konfransın materialları. Bakı, “Nurlan”, 2001. Səh.36-37
- İqtisadi inkişaf və müasir ekoloji problemlər. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 29-cu buraxılış. Bakı, “Adiloğlu” 2001. Səh.200-201
- Ekoloji problemlər və onların həllinin sosial- fəlsəfi istiqamətləri. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 31-ci buraxılış. Bakı, “Adiloğlu” 2002. Səh.140-141
- İdmanın inkişafında sosial-siyasi amillər. “Qloballaşma və Azərbaycan” adlı Respublika elmi-praktiki konfransın materialları. Bakı, 2002. Səh.90-92
- Müxtəlif tarixi dövrlərdə Naxçıvan Muxtar Respublikasında demoqrafiya probleminin özünəməxsus şəkildə mövcudluğu. “Qloballaşma və Azərbaycan” adlı Respublika elmi-praktiki konfransın materialları. Bakı, 2002. Səh.92-94
- Müasir dövrdə ekoloji problemlərin kəskinləşməsi və onların həllində bəzi məqamlar. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 34-cü buraxılış. Bakı, “Adiloğlu” 2003. Səh.113-114
- Qloballaşma cəmiyyətin tarixi inkişafının məhsuludur. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 35-ci buraxılış. Bakı, “Adiloğlu” 2003. Səh.371-372
- İqtisadi tələblərin ekoloji problemlərə təsiri. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2004. Səh.144-145
- Dağlıq Qarabağ münaqişəsinin siyasi və ideoloji aspektləri. 2003- cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfransın materialları. Bakı, 2004. Səh.28-30
- Qloballaşma prosesinin mahiyyəti və siyasi-ideoloji interpretasiyası. “Müasir elmi tədqiqatların aktual problemləri” mövzusunda keçirilən elmi konfransın materialları. Bakı, Universiteti nəşriyyatı, 2004. Səh.54-56
- “Təbiət- cəmiyyət sistemindəki ziddiyyətlərin həll olunmasında ekoloji mədəniyyətin formalaşmasının əhəmiyyəti. Qloballaşma və Azərbaycan mədəniyyəti. II Respublika elmi konfransın materialları. Bakı, “Araz” nəşriyyatı. 2004. Səh.316-318
- Qloballaşma prosesi və Azərbaycan mədəniyyəti. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 39-cu buraxılış. Bakı, “Elnur-P” nəşriyyatı. 2005. Səh.218-220
- Qloballaşma prosesinin mahiyyəti və bu prosesdə Azərbaycanın rolu. Azərbaycanda elmin inkişafı və regional problemlər (28.II.01. 2005-ci ildə keçirilmiş elmi konfransın materialları). Bakı, “Nurlan” nəşriyyatı, 2005. Səh.152-156
- Qloballaşma prosesi və Azərbaycan Respublikasının sosial inkişafı məsələləri. Xəbərlər. № 17, NDU, “Qeyrət” nəşriyyatı, Naxçıvan, 2005. Səh.115-117
- Qloballaşma və dünyanın gələcək inkişafı. Ekologiya. Fəlsəfə. Mədəniyyət. Elmi məqalələr məcmuəsi. 40-cı buraxılış. Bakı, “Elnur-P” nəşriyyatı. 2005. Səh.91-93
- Qloballaşma və milli dəyərlər. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. № 2 (6),2006. “Məktəb” nəşriyyatı. Naxçıvan 2006. Səh.91-93
- Fəlsəfə fənninin tədrisində “qloballaşma” mövzusunun qymətləndirilməsi. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. № 2 (10),2006. “Məktəb” nəşriyyatı. Naxçıvan 2007. Səh.70-73
- Qloballaşma və cəmiyyətin inkişaf istiqamətləri. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2007, №2 (22). Səh.124-126
- Qloballaşma prosesinin sosial- iqtisadi inkişafa təsiri. Azərbaycan MEA Folklor İnstitutu. Elmi axtarışlar. Bakı. 2008. Səh.129-135
- Qloballaşma və qlobal problemlərin mahiyyəti. Metodik vəsait. Naxçıvan, 2008. 50 səh.
- Qloballaşma və milli maraqlar. Azərbaycan MEA Fəlsəfə Elmi–nəzəri jurnalı. Bakı.2009. Səh.159-163.
- Qloballaşma və informasiya mühiti. AMEA Naxçıvan bölməsi. İctimai və humanitar elmlər bölməsi Xəbərlər №1 2009. Səh. 309-313
- Qloballaşma və şəxsiyyət. Kitab. Bakı, 2010. 251 səh.
- İnteqrasiya prosesləri və cəmiyyətin fəlsəfi təhlili. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2010, №2 (34). Səh 172-176
- Gender müasir fəlsəfi tədqiqat obyekti kimi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2011, №1 (37). Səh 107-111
- Gender probleminin fəlsəfi mahiyyəti. Metodik vəsait. Naxçıvan- 2012. 64 səh
- Qloballaşma şəraitində Azərbaycanda elm və təhsil. Səh. 98-103
- Qloballaşma prosesinin informasiya cəmiyyətinin formalaşmasına təsiri. Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf. Beynəlxalq konfrans. Bakı. “Təknur” . 2012. səh.343-349
- İnformasiya kommunikasiya texnologiyalari və təhsilin inkişaf istiqamətləri. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda Respublika konfransının materialları Müəllimlər institutu Naxçıvan-2013. səh.126-131
- Informasiya cəmiyyəti və təhsilin inkişafi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2013, №1 (51). səh. 91-97
- Qloballaşma prosesi və təhsilin inkişafinda yeni təlim metodlari. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri. Cild: 9. № 2 . Naxçıvan 2013. səh.72-76
- Qloballaşma şəraitində təhsilin inkişafinin əsas istiqamətləri. Qərb Universiteti. Təhsilin gender aspektleri mövzusunda Respublika elmi praktik konfransın materialları. Bakı, 2013. səh-69-75
- Qloballaşma prosesi və onun milli mədəniyyətlərə təsiri. Naxçıvan Dövlət Universitetində “Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri” mövzusunda beynəlxalq konfransın materialları. Naxçıvan, 2013
səh. 72
- Qloballaşma cəmiyyətin inkişafinin yeni modeli kimi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2013. №2 (53). Səh. 90-95
- İnformasiya texnologiyalarının inkişafı şəraitində təhsilin idarə olunmasının əsas istiqamətləri. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, 2014. № 3 (59). səh.83-89
- Qloballaşma şəraitində təhsilin inkişafının əsas istiqamətləri. “Təhsilin gender aspektləri” Respublika Elmi Konfransın materialları. Bakı- 2014. səh.75-80
- Qloballaşma şəraitində təhsilin idarə olunmasinda yeni metodlar. “Təhsildə gender problemləri” Beynəlxalq Elmi Konfransın materialları. Bakı.-2014. səh. 121-126
- Qloballaşma şəraitində gender bərabərliyi problemi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2014. № 9(65). səh.113-118
- Azərbaycan multikulturalizmi milli-mənəvi dəyər kimi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2015. №2(67). səh. 94-99
- Qloballaşma şəraitində azərbaycan multikulturalizmi. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2015. № 6(71). Səh.155-160
- N.Tusinin “Əxlaqi Nasiri əsərində cəmiyyətin inkişafı haqqında. “Şərqin böyük dahisi Nəsirəddin Tusu” beynəlxalq konfrans materialları. “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2015. Səh.32-35
- Qloballaşma şəraitində hüquqi dövlət quruculuğunda mənəvi dəyərlər və sosial məsuliyyət. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2016. № 6(75). Səh. -65-72
- Ümummilli lider Heydər Əliyev irsi azərbaycan multikulturalizm siyasətinin nəzəri əsasi kimi. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV İRSİ VƏ MULTİKULTURAL DƏYƏRLƏR” mövzusunda konfrans. Yeni Azərbaycan Partiyası, 7 may-Bakı. 2016.
- Qloballaşma şəraitində dini tolerantlığın və multikultural dəyərlərin qorunması. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2016. № 5(79). Səh 138-144
- Küreselleşme Sürecinde Doğu-Bati Kültürlerinin Etkileşimi. “Tarih ve Kültür Ekseninde Orta Aras Havzası Uluslararası Sempozyumu” 17-19 kasım 2016. Naxçıvan -2016. Səh.663-685
- Qloballaşmanın mahiyyəti və onun təhsil prosesinə təsiri. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan- 2017. № 6(87). Səh. 119-224
- Qloballaşma və bəşəriyyətin gələcəyi haqqında. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan- 2017. № 2 (83). Səh.109-113
- Qloballaşma və millilik. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan- 2018. № 2 (91). Səh.318-320
- Qloballaşma prosesi və multikulturalizmin Azərbaycan modeli. Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunan “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda Beynəlxalq elmi konfransın materialları. Sumqayıt-2018-ci il. Səh.155-161
- Qloballaşma və milli özünəməxsusluq. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Naxçıvan “Qeyrət” nəşriyyatı, Naxçıvan- 2018. № 6 (95). Səh. 96-102
- Hüseyn Cavid iblis-insan qarşıdurmasında insanın və dünyanın gələcək taleyi haqqında. Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları “Qeyrət” nəşriyyatı, Naxçıvan- 2019. Səh.162-166
- Yüksek din ögretiminde İmanlı, İdeal Genclik Nasıl Geliştirilir ? Uluslararası Yüksek Din Ögretimi Sempozyumu (Akademik və Sosyal Yönleriyle) 24-25 Ekim 2019, Malatya. Səh. 406- 409
68.Тема Азербайджана и азербайджанских тюрков в творчестве Исмаила Гаспринского. Сборник тезисов IV бахчисарайских научных чтений памяти И. Гаспринского «Исмаил Гаспринский и мусульманский мир России» 11 сентября 2019 г. г. Бахчисарай