[ultimate_heading main_heading=”Elmi şura” main_heading_color=”#1e73be” alignment=”left” main_heading_style=”font-weight:bold;”][/ultimate_heading]
Naxçıvan Dövlət Universitetinin Elmi Şurası ali orqan statusundadır. Elmi Şuranın tərkibi təlimata uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə təsdiqlənir və üç ildən bir yenilənir. Elmi Şuranın sədri universitetin rektoru, dosent Elbrus İsayevdir. Şuranın tərkibinə prorektorlar, dekanlar, şöbə müdirləri ilə yanaşı, universitetin professor-müəllim heyətinin qabaqcıl, təcrübəli, yüksək ixtisaslı nümayəndələri daxildir. Hazırda Elmi Şura 54 nəfərdən ibarətdir.
Elmi Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir. Şuranın iclasları ayda bir dəfədən az olmamaqla keçirilir. Ali məktəb həyatı ilə bağlı müvafiq məsələlər Şurada müzakirə olunur, qərarlar qəbul edilir. Elmi Şura ayrı-ayrı struktur bölmələrinin hesabatlarını da dinləyib müzakirəsini keçirir.
Professor-müəllim heyəti üzvlərinin professor, dosent və s. vəzifələri tutması ilə bağlı müsabiqələr təlimata uyğun təşkil olunur. Struktur bölmələrin yaradılması, yaxud təşkili ilə əlaqədar məsələlər də Elmi Şurada həll edilir.