[ultimate_heading main_heading=”Müsabiqə komissiyası” alignment=”left” margin_design_tab_text=””][/ultimate_heading]
Azərbaycan Respublikası Təhsil Nazirinin 09 mart 2011-ci il tarixli 400 saylı əmri ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları»na uyğun olaraq Naxçıvan Dövlət Universitetində həmin vəzifələrə təyin olunma ilə əlaqədar müvafiq tədbirləri həyata keçirmək üçün universitetin rektorunun 01 aprel 2011-ci il tarixli 92 saylı əmri ilə müsabiqə komissiyası yaradılmışdır.
On beş nəfərdən ibarət komissiyanın tərkibinə rektorluğun, həmkarlar təşkilatının, fakültələrin professor-müəllim heyətinin təcrübəli, yüksək ixtisaslı nümayəndələri daxil edilmişdir.
Komissiya öz fəaliyyətini «Qaydalar»-a uyğun qurur, fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması ilə əlaqədar müvafiq tədbirləri həyata keçirir.