Rəsulov Abbasəli Qurban oğlu

Əczaçılıq və stomatologiya kafedrasının müəllimi

Rəsulov Abbasəli Qurban oğlu 25 iyun 1956-жı илдя Nax.MR Babək rayonunun Xətai (keçmiş Sovetabad) kəndində fəhlə ailəsində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 7 saylı orta məktəbin I sinfində getmiş və 1973-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 1973-1974-cü illərdə tikintidə fəhlə işləmiş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1976-1978-ci illərdə Naxçıvan Aliminium Qablar zavodunda fəhlə işləmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya ixtisasına qəbul olmuş və 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1984-cü illərdə Naxçıvan Stomatoloji Poliklinikasında internatura kursu keçərək həkim-stomatoloq ixtisasını almışdır. 1984-1989-cu illərdə Cavidabad kənd həkim ambulatoriyasında həkim-stomatoloq, 1988-2003-жü илlərдя Naxчıvan şəhər Mərkəzi Xəstəxanasında əvəzçiliklə həkim-stomatoloq işləmişdir. 201.12.003-cü ildən 01.01.2016-cı ilədək Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-stomatoloq, 01.04.2016-cı il tarixdən isə Naxçıvan Respublika Stomatoloji Mərkəzində həkim-stomatoloqvəzifəsindəçalışır. 2015-ci ildən NDU Tibb fakültəsinin Əczaçılıq və stomatologiya kafedrasında əvvəlcə saat hesabı müəllim, sonra 0,5 ştat, 2017-ci ildən tam ştat müəllim vəzifəsində işləmişdir. 2020-ci ildən Stomatologiya kafedrasının tam ştat müəllim vəzifəsində işləyir.

  1. Rəsulov A. Müasir stomatologiyada nanaotexnologiyanın tətbiqi// Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər, Təbiət elmləri və tibb seriyası, 2020, № 3 (104) Səh.194-195
  2. Cəfərov R.M., Rəsulov A. Culfa rayonunda yaşayan yerli əhali arasında əsas stomatoloji xəstəliklərin yayılması və intensivliyi // Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər, Təbiət elmləri və tibb seriyası, 2021 № 3 (112), səh. 221-226.