Rumiyyə Yaqub qızı Məmmədova
Müəllim
E-mail: nilaymammadova2018@gmail.com
1989-cu il Naxçıvan şəhərində anadan olmuşdur. 2008-ci ildə Naxçıvan Musiqi Kollecini, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini, 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Naxçıvan şəhər 3 saylı uşaq musiqi məktəbində müəllim kimi başlamışdır. 2009-cu ildən Naxçıvan Musiqi Kollecində müəllim işləyir. 2012-ci ildən isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində işləmişdir. Hal hazırda həmin fakültənin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Dərc olunmuş elmi əsərləri:
- “Musiqi tarixi” I hissə. “Əcəmi” nəşriyyatı 2016. 232 Səh. (dərs vəsaiti)
- Musiqi tarixi. Proqram. Naxçıvan, 2016, 67 s.
- Musiqi tənqidi. Proqram. Naxçıvan, 2016, 16 s.
- Milli musiqi ənənələri və bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri. Məqalə “Qloballaşan dünyada musiqi ənənələri” I beynəlxalq elmi-praktik konfrans. Bakı, 2017, 26-27 oktyabr. 241-245 s.
- Musiqi və poeziyanın qarşılıqlı əlaqəsi. Məqalə. AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Axtarışlar” jurnalı №-2
- İntibah dövrünün musiqi mədəniyyəti. Məqalə. AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 15 №3 (41), 2021, 161-165 s.
- Soltan Hacıbəyovun simfonik yaradıcılığının spesifik xüsusiyyətləri. Məqalə. AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 17 №3 (42), 2022