2012-ci ildə Naxçıvan Dövlət Universitetinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsində mühəndis vəzifəsində çalışmış, 2015-2018-ci illərdə həmin şöbənin müdiri vəzifəsində işləmişdir. Həmçinin, 2016-ci ildən 2020-ci ilədək Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “İnformatika” kafedrasında müəllim, 2020-ci ildən Memarlıq və mühəndislik fakültəsinin “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasında 0.5 ştat müəllim və Memarlıq və mühəndislik fakültəsində dekan müavini vəzifəsində çalışır.
2018-ci ildən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının “Kompüter qurğuları və texnologiyası” ixtisası üzrə “Azərbaycan ali təhsil müəssisələrinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi və təhsilin keyfiyyətin artırılmasında rolu” dissertantıya işi üzərində işləyir. 4 elmi məqalənin müəllifidir.
Dərc olunmuş elmi əsərlər
- “Əşyaların interneti və onların təhlükəsizliyi” // NDU-nun elmi əsərləri. Fizika-riyaziyyat və texnika elmləri, 2017, №8 (89), s 107-111.
- “Yeni informasiya texnologiyalarının təhsildə rolu” // NDU-nun elmi əsərləri. Fizika-riyaziyyat və texnika elmləri, 2018, №4 (93), s 139-143.
- “Müasir multimedia texnologiyaları və tədris prosesində onlardan istifadə” // NDU-nun elmi əsərləri. Fizika-riyaziyyat və texnika elmləri, 2019, №4 (101), s 107-111.
- “Sosial şəbəkələrin təhsildə rolu” // NDU-nun elmi əsərləri. Fizika-riyaziyyat və texnika elmləri, 2020.
E-mail: m.rustem.85@gmail.com[/ultimate_heading]