Hüseynova Rüxsarə Hüseyn qızı

                                                           

                                                                                                       Başmüəllim

e@mail:ruxsarah.ru

                                                                                                         

1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını musiqişünas ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1985-86-cı tədris ilində tələbələrin ən yaxşı elmi işlərinin    respublika müsabiqəsində iştirak etmiş və I dərəcəli diplomla təltif olunmuşdur. Əmək fəaliyyətinə müəllim kimi Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində (indiki Musiqi kolleci) başlayıb. 2001-ci ildən Naxçıvan Dövlət     Universitetinin İncəsənət fakültəsində müəllim vəzifəsində çalışır. 07 mart 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil sahəsində səmərəli   fəaliyyətimə görə diplomla təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb. Hazırda Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında baş müəllim vəzifəsində çalışır.

 Dərc olunmuş elmi əsərləri:

1)      “Azərbaycan xalq teatrında musiqinin rolu”. Azərbaycanda elmin inkişafı və regional problemlər (28/02-1/03 2005 tarixində keçirilmiş elmi konfransın materialları) AMEA-60. Bakı.”Nurlan” 2005. s.317-322

2)      “Novruz çərşəmbələri və “Xan-xan”oyun tamaşası”. Bakı.”Musiqi dünyası” jurnalı. 2005 №3-4. s.195-197

 

3)      Azərbaycan bəstəkarlarının yaradıcılığında qəzəl janrı. Naxçıvan.Humanitar elmlər seriyası. 2014 s.179-180

4)      Musiqi əsərinin təhlili (proqram). Naxçıvan “Qeyrət”nəşriyyatı. 2014.səh.36

5)      Musiqinin elementar nəzəriyyəsi (dərslik). Bakı.”Hədəf”nəşriyyatı. 2015.səh.208

6)      Musiqinin elementar nəzəriyyəsi (proqram). Naxçıvan “Qeyrət”nəşriyyatı. 2015.səh.16

7)      Müasir Azərbaycanda musiqi folklorşünaslığı. Naxçıvan Dövlət Universitetinin xəbərləri. ”Qeyrət”nəşriyyatı. 2015 №16. s.142-143

8)      Polifoniya (dərslik. I cild) .Naxçıvan.”Əcəmi”nəşriyyaı. 2016.səh.264

9)      Polifoniya (proqram). Naxçıvan “Qeyrət” nəşriyyatı. 2016 səh.28

10)  “Polifoniya dərsliyi” (dərslik). Naxçıvan.”Əcəmi”nəşriyyatı. 2018.səh.195

11)  Milli ənənələrə bağlı sənətkar.  Məqalə, Az.Resp.Təhsil Nazirliyi. NDU. Elmi əsərlər (humanitar elmlər seriyası) № 1 (102), II cild  Naxçıvan, 2020, 120-122s.

12)  Rus musiqisində orientalizm. Məqalə, AMEA-nın Naxçıvan bölməsi. Axtarışlar cild 13, №1, 2020, 183-188s.

13)  Azərbaycan bəstəkarlarının yaradıcılığında polifoniya. Məqalə, AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 15 №3 (41), 2021, 117-122 s.

14)  Musiqi və rənglər. Məqalə, AMEA-nın Naxçıvan bölməsi Axtarışlar cild 16,  №1, 2022, 298-305 s.

15)  Müasir dövrün musiqi formaları. AMEA-nın Naxçıvan bölməsi. Elmi əsərlər (İctimai və humanitar elmlər seriyası). Cild 17 № 1. Tusi, Naxçıvan, 2023

16)  Examining the works of composers in the axis of the use of maqam art in Azerbaijani music. 2 nd International Rast Music Congress (IRMC) 14-15 th January 2023 Antalya, Turkiye. s. 9-10