Rzayeva Ruhiyyə Neymət qızı
tarix üzrə fəlsəfə doktoru, müəllim
Rzayeva Ruhiyyə Neymət qızı 1980-cı il fevralın 12-də Naxçıvan şəhərində doğulmuşdur. Naxçıvan şəhər 3№-li məktəbi bitirmişdir. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix ixtisasını bitirmişdir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin Tarix ixtisasını bitirmişdir. 2002-2007-ci illərdə 705№-li Hərbi Hissənin orta məktəbində müəllim vəzifəsində işləmişdir. 2007-ci ildən Naxçıvan Dövlət Universitetinin əməkdaşıdır. 2017-ci il noyabrın 20-də Tarix üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Ümumi tarix kafedrasında 0,5 ştat müəllim vəzifəsində, 2018-ci ildən müəllim vəzifəsində işləyir.
Dərc olunmuş elmi əsərlər
- Sirabçay və Qahabçay hövzəsinin Kür-Araz keramikası. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2013, №1. s. 84-92. Məqalə.
- Nahçıvan Doğu Anadolu ilişkileri işığında Sirabçay Havzasının buluntuları. II Uluslararası Ahlat-Avrasya Bilim, Kültür və Sanat sempozyumu (25-27 Eylül 2013). İstanbul, 2014. s. 40-45. Məqalə.
- Sirabçay və Qahabçay hövzəsinin Orta Tunc dövrünə aid qara rəngli keramikası. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası, 2014, №1. s. 72-75. Məqalə.
- Sirabçay və Qahabçay bölgəsinin boyalı keramika məmulatı. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2014, №1. s. 132-140. Məqalə.
- Naxodki instrumentov metalloobrobotki v okrestnostəx Kplğtepe IRossiyskaə arxeoloqiə, 2015, №2 s. 46-50. Statğə.
- Sirabçay və Qahabçay hövzəsinin Orta Tunc dövrü abidələri. Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri (04 aprel 2015-ci ildə keçirilmiş respublika konfransının materialları). Naxçıvan: Elm və Təhsil, 2015. s. 95-100. Məqalə.
- Sirabçay və Qahabçay hövzəsinin qala tipli yaşayış yerləri. AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2015, №3. s.141-147. Məqalə.
- Sirabçay hövzəsinin Eneolit dövrünə aid əmək alətləri. Naxçıvan Dövlət Universitetinin Əsərləri, 2015, №2. s.128-133. Məqalə.
- Yeni Yol yaşayış yerində arxeoloji araşdırmalar. Tarixi ipək yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri, 16-17 oktyabr 2015, Naxçıvan: “Naxçıvan” Universiteti. s.46-47. V.Baxşəliyev, Z.Quliyeva. Məqalə.
- Novıe dannıe o srednebronzovoy kulğture Kavkaza Qileə, vip. 105 (2), Kiiv, 2016. s.179-181. Statğə.
- Yeni Yol yaşayış yerində arxeoloji araşdırmalar. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. İçtimai Elmlər Seriyası, 2017, №1. s.49-56. V.Baxşəliyev, Z.Quliyeva. Məqalə.
- Sirabçay və Qahabçay hövzəsinin son Tunc və Erkən Dəmir dövrü mədəniyyəti. Naxçıvan Universiteti.Elmi Əsərlər.201№3 (14). s. 202-210. Məqalə.
- Türkiyə-Azərbaycan siyasi əlaqələrində Naxçıvan, BSU, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2019, Səh.167-171, Məqalə.
- Sirabçay və Qahabçay hövzəsinin arxeoloji abidələri (e.ə. V-I m). Monoqrafiya. Naxçıvan 2020.
- Novıe dannıe o Srednebronzovoy kulğture Kavkaza. VQO Ukrainsğka akademiə nauk Vidavniüstvo « Qileə». Virusk 154 (№3) .Kiev 2020. S.107-110. Məqalə.