SƏADƏT ƏLİ QIZI ƏLİYEVA

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasında baş müəllim

Mən Əliyeva Səadət Əli qızı 1985-ci ildə Naxçıvan MR Ordubad şəhərində anadan olmuşam. 1991-ci ildə orta məktəbin I sinfinə daxil olmuşam. 2002-ci ildə Ordubad şəhər 3 saylı tam orta məktəbi əlaq qiymətlərlə başa vurub, Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin “Jurnalistika” ixtisasına qəbul olmuşam. 2006-cı ildə universiteti bitirmişəm. 2008-ci ildən 2012-ci ilə qədər Naxçıvan MR Teleradioşurasında müxtəlif vəzifələrdə çalışmışam. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin “Mətbuat tarixi” ixtisası üzrə magistraturaya qəbul olmuşam.  2013-cü ildə 1 illik sınaq müddəti nəzərə alınmaqla universitetdə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasında tam ştat müəllim kimi fəaliyyətə başlamışam. 2014-cü ildə magistraturanı əla qiymətlərlə başa vurmuşam. 2017-ci ilin iyun ayının 9-dək həmin kafedrada tam ştat müəllim kimi fəaliyyətimi davam etdirmişəm. 2017-ci il iyun ayının 12-də Naxçıvan Dövlət Universiteti Mətbuat Şöbəsinin müdiri təyin edildikdən sonra kafedrada yarım ştat müəllim kimi pedaqoji fəaliyyətimi davam etdirirəm. 2020-ci il martın 7-də təhsil sahəsində səmərəli fəaliyyətimə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə təltif edilmişəm.

DƏRC OLUNMUŞ ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

  1. Yeni medianın tərkib hissələri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.Naxçıvan: Qeyrət, 2017, №5 (86)  səh.302-306
  2. Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.Naxçıvan: Qeyrət, 2018,№1 (90) s.200-2033.            Fotojurnalistikanın tarixi. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2020, № 5 (102)  s.119-123
  3. Milli istiqlal carçısı-Molla Nəsrəddin. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Konfrans materalı.
  4. Naxçıvan ədəbi mühitinin müasir yetirmələri. “XX əsr Naxçıvan ədəbi mühiti”

mövzusunda Respublika Elmi Konfransının materialları. Naxçıvan. Qeyrət, 2020. səh.132-138

  1. Sosial media mühitində sosial şəbəkələrin rolu. Humanitar və ictimai elmlər üzrə I Beynəlxalq Elmi Konfrans materialı. (beynəlxalq indeks

bazasına malik) Bakı, 2020, 24 iyul

  1. Uğurlu müsahibənin şərtləri. Uğurlu müsahibəyə nail olmaq üçün nələri etmək vacibdir? Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.          8.            II Qarabağ müharibəsi Türkiyə mətbuatında     Beynəlxalq konfrans.          Mustafa Kamal Atatürkün 140 illiyinə həsr olunmuş XIV Beynəlxalq elmi

simpozium “Tarixdə şəxsiyyət”

  1. Rəqəmsal məkanda etika problemləri. Naxçıvan Dövlət Universiteti “Təhsildə rəqəmsallaşdırma: elektron təhsil və informasiya cəmiyyəti”

Respublika elmi konfransı “Qeyrət” nəşriyyatı, 2021

  1. Jurnalistikada etika anlayışı və etik qaydalar. NDU və İKSAD Hoca Əhməd Yasəvi V Beynəlxalq elmi tədqiqatlar Konfrans
  2. Vətəndaş jurnalistikası ənənəvi jurnalistikanın xüsusiyyətlərini daşıya bilirmi? Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş XX

Beynəlxalq elmi simpozium “Mədəniyyətlərası dialoq”

  1. Kütləvi informasiya vasitələrində (radio, televiziya) dil-üslub imkanları və yol verilən xətalar.     Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri.

Naxçıvan: Qeyrət,

  1. II Qarabağ müharibəsi Türkiyə mətbuatında. Beynəlxalq konfrans. Tarixdə şəxsiyyət, 26 may 2021, Türkiyə. Ankara
  2. Mediada debatlar və onların əhəmiyyəti. Beynəlxalq konfrans.Yaxın Şərq beynəlxalq konfransla bağlı elmi tədqiqatlar -VII 3-4 mart 2022-ci il

Beyrut Ərəb Universiteti, Livan

  1. Yeni media mühitinə keçidin dilemması: qəzet, yoxsa internet yayımı? Beynəlxalq konfrans.         İKSAD beynəlxalq konfrans. ADMİ Universiteti

Lahıc, İsmayıllı 21-22 iyun, 2022

  1. Mediada debatlar və onların əhəmiyyəti .Beynəlxalq konfrans.Yaxın Şərq beynəlxalq konfransla bağlı elmi tədqiqatlar –VII. 3-4 mart 2022-ci il

Beyrut Ərəb Universiteti, Livan

  1. Yeni media mühitinə keçidin dilemması: qəzet, yoxsa internet yayımı? Beynəlxalq konfrans. İKSAD beynəlxalq konfrans. ADMİ universiteti Lahıc,

İsmayıllı 21-22 iyun, 2022

18. Sosial media və jurnalist etikası. Müasir dövrdə media etikası və hüquq-beynəlxalq simpoziumun materialları. Naxçıvan-2023.