Səadət Cəbrayıl qızı Zeynalova
1987-ci ildə Culfa rayon Xoşkeşin kəndində anadan olmuş, 1994-cü ildə Culfa rayon Xoşkeşin kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin orta məktəbi bitirmişdir. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “İnformasiya sistemləri” ixtisasına daxil olmuş, 2009-cu ildə Universiteti bitirmişdir. 2011-ci ildə Naxçıvan Dövlət Universietinin “İnformasiya sistemləri” ixtisası üzrə Magistratura pilləsinə daxil olmuş, 2013-cü ildə Magistraturanı bitirmişdir. Əmək fəaliyyətimə 2009-cu il Naxcıvan Dövlət Universitetinin Kitabxanasında baş biblioqraf, 2011-ci ildə baş biblioqraf, Memarlıq və mühəndislik fakültəsində “Rabitə və informasiya texnologiyaları” kafedrasında baş laborant vəzifəsində calışmışdır. 2015-ci ildən həmin kafedrada müəllim, hal-hazırda “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasında müəllim vəzifəsində işləyir. Naxçıvan şəhərində yaşayır. Ailəlidir, 2 övladı var.
Dərc olunmuş elmi əsərlər
-
- Həyat fəaliyyətinin təhlükəsizliyi Proqram Naxçıvan Dövlət Universiteti “Qeyrət Nəşriyyatı”-2021 25 səh.
- Xətti proqramlaşdırma məsələsinin qrafik üsulla həllinin alqoritmi. Konfrans materialı Naxçıvan Müəllimlər İnsititutu-2021
- İnformasiya kommunikasiya texnologiyaları. Proqram Naxçıvan Dövlət Universiteti “Qeyrət Nəşriyyatı”-2020 25 səh.
- İqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının rolu Konfrans materialı Mingəçevir Dövlət Universiteti. Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar. Konfrans materilları. “Səda” nəşriyyatı, 2020
- İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi. Konfrans materialı. Naxçıvan Dövlət Universiteti “Qeyrət Nəşriyyatı”-2021
E-mail: q.bagirov@mail.ru