Səfərova Aynur Səfər qızı, Müəllim
1973-cü ildə Naxçıvan şəhərində anadan olub.1988-ci ildən 1992-ci illərdə Naçıvan şəhər musiqi texnikomunda təhsil alıb. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinə daxil olub, 2001-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərək instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin musiqişunaslıq ixtisasının magistr pilləsinə daxil olub.2008-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək musiqişunaslıq ixtisası üzrə magistr dərəcəsinə yiyilənib.1992-2012-ci illərdə Naxçıvan şəhər 2№-li uşaq musiqi məktəbində müəllim vəzifəsində çalışıb. 2012-ci ildən Naxçıvan Dövlət Uiversitetində müəllim işləyir.
Elmi məqalələri
- Azərbaycan bəstəkarlarının fortepiano və orkestr üçün konsertlərinin səciyyəvi xüsusiyyətləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (Elmi əsərlər toplusu) № 1 (90), Naxçıvan-2018 Səh.175-179
- Azərbaycan bəstəkarlarının yaradıcılığında sonata janrı. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (Elmi əsərlər toplusu) № 5 (94), Naxçıvan-2018 Səh. 185-192
- XX əsrin 40-60-cı illərində Azərbaycan fortepiano musiqisinin inkişafı. Aərbaycan Milli Elimlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu (Axtarışlar) № 1 (31), Naxçıvan-2019, Cild 9 Səh. 188-193